Ərdoğanın aşpazı Bülənt Ərsoyun zövqündən danışdı-məmnun qalanda pul səpir

Ərdoğanın aşpazı Bülənt Ərsoyun zövqündən danışdı-məmnun qalanda pul səpir

25 ildən çoxdur Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazı olan Cüneyt Asan "dünyanın ən cəld qəssabı” adına layiq görülüb.Trend-in məlumatına görə, onu "ətin bilicisi” də adlandırırlar. Qardaş ölkənin bir çox məşhur siması məhz onun məsləhət gördüyü ətləri alır və onun hazırladığı yeməkləri yeyir.Türkiyəli ulduzların çoxunun üz tutduğu məşhur restoranlar şəbəkəsinin sahibi olan C.Asan maraqlı açıqlamalar verib. Qəssab-aşpaz tanınmışların yemək zövqündən danışıb. Bülənt Ərsoy, Kıvanç Tatlıtuğ, Demet Akalın, Murat Boz, Kənan İmirzalıoğlu, Şener Şen kimi Türkiyənin çox məşhur insanlarına xidmət etdiklərini deyən C.Asan onların arasında daha çox Bülənt Ərsoyun fərqləndiyini bildirir: "Bülənt Ərsoyun türk musiqisində də öz yeri var. Yeməkdə də özünəməxsus zövqü var. Bizə gəlməzdən əvvəl mütləq zəng edir və nə istədiyini deyir. Menyusunu onun damaq dadına və zövqünə uyğun hazırlayırıq. Bülənt Ərsoy yeməyi çox sevir, yemək yedikdə özünü xoşbəxt hiss edir, enerjisi yüksəlir, qəhqəhə çəkir, onun üçün yemək bir xoşbəxtlikdir”.

C.Asan müğənninin daha çox dana ətindən hazırlanan bonlfle və antrikota üstünlük verdiyini deyir: "Ətin ən ləzzətli yeri yağlı hissəsidir, o da bunu bəyənir. Antrikot istəyirsə, mütləq onu yeyəcək, başqa heç nəyi qəbul etməz. Çünki ağlında, beynində, qəlbində odur. İstədiyi yeməyi yemədikdə özünü xoşbəxt hiss etmir. Belə bir xüsusiyyəti var”.Müştəriləri arasında hər kəslə gözəl ünsiyyət qurması ilə fərqlənən müğənni isə MuratBozdur. C.Asan onun personalın ən sevimli müştərisi olduğunu bildirir: "Ona görə də hər zaman onun üçün ən yaxşısını hazırlayıb təqdim edirlər. O da əti çox sevir. Sənətçilərin əksəriyyəti idmanla məşğul olduqları üçün daha çox ət yeyirlər. İdman və ət onlar üçün çox önəmlidir. Əzələlərin inkişafı, enerji, güc olması üçün ət mütləqdir”.Ət yeməkləri sevənlərdən biri də müğənni Demet Akalındır. C.Asan onun daha çox kababları, əsasən də lülə kababını sevdiyini açıqlayıb: "Demet Akalına yaxşı, təmiz, düzgün, gözəl bişmiş yemək təqdim etdikdə heç vaxt problem yaratmaz. Ümumiyyətlə isə, məşhurlar bizə heç kapriz də etmirlər. Çünki biz onların, onlar da bizim nə istədiyimizi bilirik”.C.Asan məşhurların bəxşiş vermə mövzusuna da toxunub. Onların arasında isə yenə də B.Ərsoy fərqlənir: "Personala qarşı hamısı əliaçıqdır. Amma Bülənt Ərsoy özünü xoşbəxt hiss edirsə, sadəcə personaldakı insanlara çox bəxşiş vermir, həm də restorandan ayrıldıqdan sonra qarşısına çıxan hər kəsə pul verir”

 


 


OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...