"Şəxsi çıxarlarım üçün o qapıdan əyilərək keçmədim"

"Həyatımın 56-cı ili, xoş gəldin! İnsan ömrü kitab kimidir. Hər gün bir səhifədir. Səhifələr çevrilir, kitab bağlanır. Bəzi kitablar həmin an unudulur, bəziləri qalır, insanlığa yol göstərir. İnsanın həyatdakı ən böyük xəzinəsi dünyadakı çirkablığa bulaşmayaraq, vicdanını təmiz saxlaya bilməsidir. Çünki vicdan yaradan tərəfindən insanlara verilən ilahi takibdir. Mənim vicdanım rahatdır".

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə hesabında yazıb. Bu gün 56 yaşı tamam olan aktrisa təəssüratlarını bölüşüb:

 

"Doğru bildiyim yolda hər zaman əlimdən gələni etmişəm və edəcəyəm. Atatürkün "sənətkar əl öpməz, sənətkarın əli öpülər" sözünü özümə rəhbər tutaraq, şəxsi çıxarlarım üçün heç bir qapıdan əyilərək keçmədim. Həyatda insanın özünə məxsus duruşu, əqidəsi olmalıdır. Zülmə qarşı əyilməməli və başı dik olmalıdır, əyri yox! Yanında olmalıdır, hər məzlumun. Dürüst şəkildə, qorxusuzca haqlını müdafiə etməli, haqsızı yox! Qarşısında durmalıdır zalimlərin! Sonda isə bunu demək istəyirəm ki, mən göyüzü kimiyəm. Bəzən kəskin küləyim dondurar, bəzəndə heç gözləmədiyiniz anda çıxan günəşim isidər. İçimdə çaxan ildırımların səsləri bürüyər hər yeri. Göy üzü qədər bilinməz biriyəm... Özümə yalnız və yalnız cansağlığı arzulayıram. Uca Allah vətənimizi, xalqımızı qorusun. Təbriklərinizə görə hər birinizə təşəkkürlərimi bildirirəm". 


OXŞAR XƏBƏRLƏR

İçki və tütün məhsullarına xərclənən pul açıqlandı

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 296.1 milyon manatlıq içki və tütün məmulatları satılıb....

Vilayət Eyvazov polislərə tələb qoydu

Daxili işlər naziri Vilayət Eyvazov polis əməkdaşlarından vətəndaş məmnunluğunun təmin edilməsi, qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. ...

Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı

Xalq artisti Niyaməddin Musayev ilk dəfə illərdir küsülü olduğu qardaşı oğlu Musa Musayevin adını çəkib.   Sfera.az xəbər verir ki, "Xəzər ...

Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu v...

London Kiyevə 5000 zenit raketi tədarük edəcək

Böyük Britaniyanın baş nazirinin müavini Ancela Reyner cümə axşamı Ukraynaya 5 mindən çox “Thales” zenit-raket kompleksinin tədarükü ilə bağlı öncəd...

Ermənistan XİN də bugünkü görüşlə bağlı məlumat yaydı

Ermənistan XİN Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı məlumat yayıb.   ...