Xalq artisti Aygün Kazımova eks sevgilisi meyxanaçı Namiq Qaraçuxurlu barədə "Lider TV" də növbəti qalmaqallı açıqlamasını edib. O keçmiş sevgilisini cəsarətli olmağa çağırıb. BiG.AZ xəbər verir ki, hər zaman tamaşaçısı ilə sirrini bölən, səmimi xalq artisti hətta N. Qaraçuxurlu ilə duet oxumaq təklifinə də "hə " deyib: "Mənim üçün heç bir problem yoxdur. Sadəcə Namiqə bizim ortaq dostlarımız təklif ediblər ki, belə bir mahnı var, bəlkə Aygün xanımla duet oxuyasan. O isə razı olmayıb, qorxub ki, söz-söhbət yaranar".
Xalq artisti N. Qaraçuxurlunu qorxaqlıqda günahlandırıb:
"Namiqdən fərqli olaraq mən onun haqqında çox rahat danışıram, heç nəyi gizlətmirəm. Namiq sən bizim eşqimizi də gizlədirdin, qorxma danış. Bağ söhbəti isə zarafat deyildi".
Aygün eks sevgilisini biabır etdi: "Namiq sən bizim eşqimizi də gizlədirdin, qorxma ..." + VİDEO
Kateqoriya məlum deyil






