“Zəhram yox, mən yetim qaldım“ - VİDEO

“Zəhram yox, mən yetim qaldım“ - VİDEO

Röyal mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı növbəti dəfə paylaşım edib.

 

Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, o, aktrisanın arxiv görüntülərini yayaraq bu sözləri yazıb:

 

"Bəzən yuxuda olduğun zaman elə xoşbəxt olursan ki... Yuxu olduğunu bilirsən, amma yenə də ayılmaq istəmirsən. Ölümdan sonra yəqin ki, bu cür olur həyat. Sabahlarımı "sabahın xeyir, eşqim" deyərək açıram, "gecən xeyrə qalsın, ömrüm" deyib yatıram. Nə qədər səni xəyalımda canlandırmağa çalışsam da olmur. Heç bir şey əlini tutmaq, o gözəl üzünə-gözünə baxmaq, gözlərinin kənarında qırışan qəmzələrini görmək kimi deyil. Bu zaman daha çox acı çəkirəm. Bir dəfə bir filmə baxmışdım. Orada bir obrazın dediyi söz kimi, "Bu bir yanğındır. Yanıram, amma hiss etmirəm".

 

6 aydır ki, sənə sarıla bilmirəm. Sənə sarılanda tam olurdum, bütövləşirdim. Bəzən çəkiliş meydançasından mənə zəng edirdin, "Röyal bir söz soruşacağam, elə olur ki, sən də birdən deyəsən, "Ay da necə darıxdım Tünüş üçün?". Deyirdim ki, "əlbəttə, ömrüm". Elə bilirdim ki, tək bu məndə olur, sən demə onda da belə imiş. Deyirdin ki, haradasan təz gəl, səni görmək istəyirəm. Mən də gülə-gülə yaxşı deyirdim! Eh Tünüşüm, gözəl həyat yoldaşım mənim, yetim qaldım. Zəhram yetim qalmadı, çünki mən varam, amma mən yetim qaldım, çünki sən yoxsan. Əvvəlcə Rəbbimə, sonra sənə qovuşacağım günə qədər səbr edəcəyəm".

 

Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib. Onun Zəhra adlı bir qız övladı var. 

 


OXŞAR XƏBƏRLƏR

Lerikdə “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTO

İyulun 10-da Lerik Rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların s...

Naxçıvanda əhalinin sayı açıqlandı

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.   Bu barədə Sfera.az-a Naxçıvan MR Statistika Komitəsindən məlumat verilib.   ...

MİQ imtahanına yekun vuruldu - İlk nəticələr

3, 4, 8-10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65572 namizəd dəvət edilib. Ümumilikdə test imtaha...

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Saatlı rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb. &...

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.   Sfera.az xəbər verir ki, qrupa 9-16 yaş ar...

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlar davam etdiriləcək. ...