“Aşura günündə səhnəyə çıxmayacam” – Müğənni Elvin Mirzəzadə

Maqazin
13:24 / 27.07.2023
5681
"Şiə dostlarımın etiqadına hörmət əlaməti olaraq sabah səhnəyə çıxmayacam".
Sfera.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında müğənni Elvin Mirzəzadə bildirib.
"Sabah, yəni 28 iyul tarixində səhnəyə çıxmayacam. Şiə dostlarımın etiqadına hörmət əlaməti olaraq Aşura günü səhnədə olmağı özümə yaraşdırmıram. Növbəti günlərdə, növbəti səhnələrdə görüşərik", - sənətçi bildirib.
Qeyd edək ki, sabah Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunacaq. Məlumat üçün bildirək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
İnci