Leonardo DiCaprionun yeni sevgilisi kimdir?

Leonardo DiCaprionun yeni sevgilisi kimdir?

48 yaşlı Leonardo DiCaprio son vaxtlar dünyanı gəzərək, həsəd aparılacaq uzun yay tətilindən həzz alır. Onu yay tətilində məşhur britaniyalı model, Burberry reklam ulduzu 28 yaşll Neelam Gill müşayiət edib.


Aktyoru həmçinin tətildə həmkarı və çoxdankı dostu Tobey Maguire, Leo ailəsinin bəzi üzvləri, eləcə də heyrətamiz qadınlar müşayiət edib.


Sfera.az bildirir ki, gözəllər arasında bir nəfər fərqlənir. Bu, Leonun bu ilin may ayında Kann kinofestivalında birlikdə olduğu model Neelam Gilldir. Onlar əvvəllər “Chiltern Firehouse”da “Vogue”un ulduzlarla dolu yay partisinə getmişdilər.


Model Neelam Gill haqqında nə məlumdur?



Neelam Gill Hollivudda deyil, Bollivudda böyüyən Koventridən olan 28 yaşlı britaniyalı modeldir.
 

O, “Burberry” reklam kampaniyasında görünən ilk Hindistan əsilli model olub.


2018-ci ildə o, Londonda Bukingem sarayında Britaniya Asiya Fondunun 10-cu Yubiley Qəbulunda o vaxtkı Şahzadə Çarlzla görüşüb.



Neelam Gill ailə mağazasının üstündəki kiçik mənzillərində böyüyüb. Onun valideynləri siqh ailələrindəndir, vaxtilə razılaşdırılmış nikaha daxil olublar. Neelamın bacısı üç yaşında olanda valideynlər boşanıblar. Neelam atası ilə bir daha ünsiyyət qurmayıb və onun yeni ailəsini görməyib.


Neelam 13 yaşında olanda anası yenidən evlənib və o, model karyerasını qurarkən soyadı ögey atasının soyadını alıb. Bu evlilikdən onun on yaşlı ögey bacısı da var.
 

Neelam məktəbi fərqlənmə və ən yüksək qiymətlərlə bitirib, model oldu və magazin jurnal örtüklərinon əsl ulduzuna çevrildi. Məktəbdə eynək taxdığı ilə bağlı zarafat edən Neelam, özünü çox da cazibədar hesab etmir.
 

Məzunları arasında Naomi Kempbell, Kate Moss və Yasmin Le Bon kimi ulduzların da olduğu “Models 1” ilə görüşə getməzdən əvvəl model skautlar ona bir neçə dəfə müraciət edib. Amma o, jurnalist olmaq istədiyi üçün təhsilini davam etdirib.
 

18 yaşında Neelam, “Burberry” ulduzu olub. Lakin Neelam ilk kastinqdən keçə bilməyib, çünki onun yeganə maliyyə mənbəyi “Hollister” geyim mağazasındakı part-time iş idi və buna görə qatarla səyahət edə bilməyib. Xoşbəxtlikdən o, pulu “Burberry” yenidən zəng edəndə tapıb.
 

Dizaynerin özü və “Burberry”nin keçmiş baş direktoru Kristofer Beyli 2013-cü ilin sentyabrında onu London Moda Həftəsinin podiumuna dəvət etdikdə Neelam heyrətə gəlib.
 

O, hər gün dabanlı ayaqqabılarla gəzmək üçün məşq edirdi və podiumda debütü o qədər uğurlu olub ki, bundan sonra aparıcı fotoqraf Mario Testino ilə reklam çəkilişi aparılıb.
 

O vaxtdan bəri Neelam, “L'Oreal Paris UK”nin siması olub, “Dior” üçün modellik edib və bir çox məşhur dizaynerlərin əsərlərini nümayiş etdirib.
 

Qeyd edək ki, Di Kaprio Neelamın əlaqə saxladığı ilk məşhur deyil. Hələ 2015-ci ildə onun keçmiş “One Direction” ulduzu Zeyn Maliklə görüşdüyü barədə şayiələr yayılmışdı.
 

Neelam, 2017-ci ildə görüşdüyü və keçən yanvar ayında qətl-intiharda ölü tapılan amerikalı repçi J Stash ilə də zorakılıqla müşaiyət olunduğu deyilən münasibət qurmuşdu. Qeyd edək ki, həmin vaxt J Stashın yanında ölü qadın da tapılıb.


"Düzünü desəm, mən bu münasibətdə az qala ölürdüm. Həqiqətən də oradan sağ çıxacağımı düşünmürdüm"-deyə Neelam müsahibəsində bildirib.

Ötən il Neelam Sikh Mükafatlarında Xalqın Seçimi Mükafatına layiq görülüb.
 

Xatırladaq ki, daha əvvəl Leonardo Di Kaprionun qızı yaşında olan israilli model Eden Polanyi ilə görüşdüyü haqda xəbərlər yayılmışdı. Model jurnalistlərin diqqətindən o qədər yorulub ki, hətta İnstaqramını da silmişdi.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR