Lalə Azərtaşa SƏRT REAKSİYA: “Cavanşir Məmmədova qərəziniz nədir?” 

Lalə Azərtaşa SƏRT REAKSİYA: “Cavanşir Məmmədova qərəziniz nədir?” 

“Lalə Azərtaş, birdən düşünərsiniz ki, Sərxan, sənə nə düşüb? Mən də həmin sualı sizə səsləndirirəm, sizə nə düşüb? Efirə şikayətçi gəlib, bir-iki gün dinlə və birtərəfli olma. Verilişinizin baxımlı olması üçün Cavanşir sizə lazım idi. Amma hər şeyi dadında buraxmaq gözəldir”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri öz sosial şəbəkə hesabında şoumen Sərxan Kərəmoğlu yazıb.

 

"Nə edək? Lalə xanım, Cavanşir Məmmədovu dəfn edək? Onunla qərəzliyinizin sonu nə olacaq? Cavanşir bəy sizə fəxri adla baglı öz aranızda söz deyib, onu efirdə açıqladınız. Cavanşir bəy türk oğlanın "cinayət işi var" deyir, siz onu aydan arı, sudan duru kimi təqdim edirsiniz. Nə üçün?

 


Efir qaydalarına görə öncədən xəbərdarlıq etmirsiniz ki, haqqınızda bizə şikayət var. Cavanşir bəy deyir, oğlanın mənim qızımla heç bir münasibəti olmayıb. Siz isə onun qızının oğlanla qeyri-rəsmi nikahı olduğunu açıqlayırsınız. Sizin həmin adama inamınız haradan gəlir? Guya sizə Cavanşir bəyin qızının fotolarını göstərib, siz isə xalqa göstərməyi məsləhət bilmirsiniz. Guya xanımlara məsləhət verirsiniz ki, belə şəkillərinizi kimsəyə göndərməyin.

 

Məsləhət yox, sadəcə bir tövsiyə edirəm: Siz nə etsəniz də, zəhləm getsə də, bildirim ki, Xoşqədəm Hidayətqızı olan teleməkanda sizə baxan olmayacaq. Hələ mən Zaur Baxşəliyevi demirəm... Efir saatlarınız üst-üstə düşənlərin adlarını qeyd edirəm.

 

Sosial şəbəkələrdən gördüm ki, türk oğlan həbs edilib. Efirdə deyirsiniz ki, Cavanşir haradan bilirdi ki, o, həbs olunacaq? Günahkar sonda yaxalanmalı deyil?

 

Peşəkarlığınız bu məsələdə məni qane etmədi. Yəqin məndən də bir peşəkar kimi inciməzsiniz".
 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan həyat yoldaşını ağlatdı - VİDEO

AK Partiyanın 32-ci Müşavirə və Qiymətləndirmə Düşərgəsinin açılışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çıxış edib.   Sfera.az Türkiyə KİV-ə...

Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək

Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Suriya...

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...