Supermodel narkotikə görə həbs edildi

Supermodel narkotikə görə həbs edildi

Amerikalı supermodel Gigi Hadid böyük qalmaqalın mərkəzindədir. O, rəfiqəsi ilə birlikdə Kayman adalarına gedərkən həbs olunaraq məhkəmə qarşısına çıxarılıb.
 

Sfera.az bildirir ki, medianın yeni məlumat yaymasına baxmayaraq, Gigi iyulun 10-da Ouen Roberts hava limanında şəxsi təyyarə ilə gələrkən saxlanılıb. Gömrük və sərhəd nəzarəti əməkdaşları onun çantalarını skaner vasitəsilə skan edərək əl ilə yoxlamış, az miqdarda otlar və siqaret ləvazimatları aşkar etmişlər.
 

Daha sonra qızlar "marixuana və marixuananın istehlakı üçün istifadə olunan qab-qacaq idxal etməkdə şübhəli bilinərək" tutularaq təcridxanaya aparılıblar.


Artıq Giginin nümayəndələri bu məsələ ilə bağlı rəsmi açıqlama veriblər:
 

"Gigi tibbi lisenziya ilə Nyu-Yorkda qanuni olaraq alınmış marixuana ilə səyahət edib”.
 

Həbsdən iki gün sonra supermodel və onun rəfiqəsinə qarşı məhkəmə qarşısında rəsmi ittiham irəli sürülüb. Qızlar günahlarını etiraf edib və 1000 dollar cərimə olunublar. Eyni zamanda, jurnalistlər məhkumluğun qeydə alınmadığını qeyd edirlər.
 

“Resurs” media agentliyi bu qalmaqalın bəzi təfərrüatlarını dərc edib. Müəlliflərin Gigiyə istinadən verdiyi məlumata görə, marixuana onun çantasında deyil, səyahət etdiyi şəxslərdən birinin əşyaları arasından tapılıb. Amma təyyarə onun adına olduğundan bütün içindəkilərə görə o məsuliyyət daşıyıb.


Jurnalistlərin dediyinə görə, Gigi yerli polisləri işi susdurmaq üçün rüşvətə eyham vurmaqda ittiham edib. Lakin Gigi imtina edərək, əvəzində lisenziyası olduğu üçün məsələnin hüquqi yolla həllinə üstünlük verib. Qeyd edək ki, Kayman adalarında marixuana lisenziyası etibarlı sayılmır.
 

Kayman polisi rüşvət iddialarını rədd edir.
 

"Məmurlarımız xanım Hadid tərəfindən onlara qarşı irəli sürülən rüşvət ittihamlarını qəti şəkildə rədd edirlər. Bununla belə, biz xanım Hadidi bizim Peşəkar Standartlar Departamentimizə rəsmi şikayət verməyə dəvət edirik ki, onlar işi müstəqil şəkildə nəzərdən keçirə bilsinlər və bu iddianı dəstəkləmək üçün hər hansı sübut olub-olmadığını müəyyən etsinlər” - deyə polis bildirib.
 

Hadisədən sonra Gigi istirahətə gedib. O, tətilindən necə zövq aldığını göstərən bir neçə şəkil də paylaşıb.
 

"Yaxşı bitən hər şey yaxşıdır"-deyə o postlardan birinə başlıq da yazıb.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR