Şakira və Cimmi Batlerin münasibətləri necə gedir?

Şakira və Cimmi Batlerin münasibətləri necə gedir?

Kolumbiyalı müğənni Şakiranın yeni romanının yeni təfərrüatları üzə çıxıb.


Sfera.az bildirir ki, Amerikalı peşəkar basketbolçu Cimmi Batler (Jimmy Butler) və Şakira bir-birini tanımağa davam edir.
 

"Onlar bir neçə dəfə birlikdə görüntüləniblər, amma hər şey çox yenidir və uzunmüddətli potensialın olub-olmadığını söyləmək hələ tezdir"- deyən mənbə, onların 13 yaş fərqinin heç kimi narahat etmədiyini bildirib. Qeyd edək ki, Pike də 10 yaş Şakiradan kiçik idi.


Mənbə etiraf edib ki, idmançı sənətçinin üzünü güldürür və onunla vaxt keçirməkdən Şakira özünü xoşbəxt hiss edir.
 

Şakiranın övladları uzun müddət idmançının pərəstişkarı olsalar da, cütlük bir-birlərini bu yaxınlarda tanıyıblar və sosial şəbəkələrdə bir-birlərini izləməyə başlayıblar.


Xatırladaq ki, Şakira və ispan futbolçu Pike 10 ildən çox birlikdən sonra 2022-ci ilin iyununda ayrılıb. Pike hazırda tələbə Klara Çia Marti ilə görüşür.
 

Ulduzların münasibətlərindən Saşa və Milan adlı övladları var.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR