Kitabsevərlərə şad xəbər

Kitabsevərlərə şad xəbər
 
Oktyabrın 23-də 13-cü kitabının təqdimatını keçirən "Kitabsevərlər” qrupu yeni formatda fəaliyyətini davam etdirəcəyini elan edib.
Sfera.az xəbər verir ki, idarəçilər qrupun bundan sonra "Kitabsevərlər" İctimai Birliyi (KİB) adlanacağını, rəsmi qeydiyyat üçün müvafiq qurumlara müraciət edəcəklərini bildiriblər. KİB-dən həmçinin bildirilib ki, qeydiyyat üçün hüquqi prosedurlara artıq başlanıb. Əlavə olunub ki, ictimai birlik formatının həvəskar təşəbbüslə gerçəkləşdirilməsi mümkün olmayan layihələri reallaşdırmaq üçün əlverişli olacağına ümidvardırlar. Bundan başqa "Kitabsevərlər" adlı ədəbi jurnalın da təsisi planlar çərçivəsindədir. Məlumat üçün bildirək ki, təqribən 7 il əvvəl yaradılan "Kitabsevərlər" qrupu bir müddət "Feysbuk" sosial şəbəkəsində virtual fəaliyyət göstərsə də 3 ildir ki, əməli fəaliyyətə keçib. Öncə gənc yazarların hekayələrindən ibarət "İz" kitabıyla özünü təsdiq edən qurum daha sonra uşaq ədəbiyyatı nümunələri, antologiya və tərcümələrdən ibarət 12 kitab ərsəyə gətirib. Bundan əlavə, qrup üzvləri mütəmadi olaraq müxtəlif bədii əsərlərin müzakirəsini təşkil edir.
Qeyd edək ki, bütün bunlar hər hansı maddi yardım olmadan edilib.
 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...