Şakiranın Pikenin xəyanətləri ilə bağlı açıqlaması quraşdırmadır?

Şakiranın Pikenin xəyanətləri ilə bağlı açıqlaması quraşdırmadır?

Kolumbiyalı müğənni Şakira ilə keçmiş "Barselona" və İspaniya millisinin futbolçusu Jerar Pike ayrılana qədər onların üç il açıq münasibəti olub. Buna görə də sənətçi və idmançının yaxın ətrafına xəyanət ilə bağlı ailə münasibətlərinin təfərrüatlarına həsr olunmuş açıqlamaları əsl sürpriz olub.

 

Sfera.az bu barədə ispan teleaparıcı Xose Antonio Avilesin mesajına istinadən xəbər verir. İspaniyalı telejurnalist iddia edir ki, Şakira ilə Pike arasında əvvəlcədən razılıq olub.

 

“Bir razılaşma var idi ki, “sən nə istəyirsən et, mən də istədiyimi edirəm” amma medianın qarşısında biz hələ də bir cütlüyük... Şakiranın açıqlaması oyunçunun ətrafını təəccübləndirib”– deyə Aviles bildirib.

 

Jurnalist Pilar Vidal həmkarının sözlərini təsdiqləyib: "Pike ayrılığa xəyanətin səbəb olduğu barədə fərziyyə istəmir. Təşəbbüs ona məxsus olduğu üçün bu açıqlama onu təəccübləndirib".

 

Açıq münasibət, iştirakçıların bir yerdə olmaq istədikləri, eyni zamanda monoqam olmayan münasibətə razılaşdıqları münasibət növüdür. Yəni idmançı ilə müğənninin birliyində başqa münasibətlərə qadağa olmayıb.

 

Xatırladaq ki, Şakira və Pike 11 il birlikdə olub. Bu birlikdən oğulları Saşa və Milan var. Sənətçi soyuducuda yeyilmiş mürəbbənin qabını görərək Pikenin xəyanətindən şübhələnib. Sonradan onun qorxuları özünü doğruldub: Pike onun yanında işləyən tələbə Klara Çia Marti ilə görüşməyə başlayıb. Pike əvvəlcə ittihamları rədd etsə də, zaman keçdikcə nəinki əlaqəni təsdiqlədi, həm də qızla ictimai yerlərdə birgə görünməyə başladı. Bu, Şakiranı çox qəzəbləndirdi. Şakira Milan və Saşanın tam qəyyumluğunu əldə etdikdən sonra Mayamiyə köçdü və Formula 1 pilotu Lyuis Həmiltonla romantik münasibətdə olduğu haqda şayiələr yayıldı. Sənətçi özü bu barədə məlumat verərək, bütün şaiyələri təkzib edir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR