Tom Odell Bakıda ilk dəfə konsert verdi - FOTO

Tom Odell Bakıda ilk dəfə konsert verdi - FOTO

Britaniyalı müğənni və bəstəkar Tom Odell iyunun 21-də ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edib.

 

Sfera.az-ın məlumatına görə, konsert "Pera Group"un təşkilatçılığı ilə baş tutub.

 

Sənətçi Bakı Konqres Mərkəzinin səhnəsində sevənlərinin qarşısında çıxış edib.

 

Bildirək ki, Odell 7 yaşından pianoda ifa etməyə və daha sonra öz mahnılarını bəstələməyə başlayıb. Odellin ən məşhur mahnıları "Another Love", "Real Love", "Heal" və "Grow Old With Me"dir. O, musiqisinə görə bir sıra mükafatlar, o cümlədən, 2014-cü ildə ən yaxşı kişi solo albomu üçün "BRIT Awards" mükafatı alıb.

 

Sfera.az-ın əməkdaşı konsertdən maraqlı fotoları lentə alıb.

 

Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR