Ramil Nabranın solo konserti olacaq
Kateqoriya məlum deyil
Tanınmış reper Ramil Nabran sevilən mahnıları ilə dinləyicilərini sevindirəcək.
Sfera.az bildirir ki, reperin iyulun 9-da solo konserti olacaq.
Belə ki, konsert proqramı "Hayal Kahvesi Baku"da baş tutacaq. Məlumata görə, burada xüsusi qonaq ifaçıları olaraq Elvin Babazadə və digər tanınmış şəxslər iştirak edəcək.
Qeyd edək ki, biletlər artıq satışdadır. Qiymətlər 20-60 manat aralığında dəyişir. Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək mümkündür.
Türkan






