"Səhnədəki inqilabları Aygün Kazımova edib"

Əməkdar artist Coşqun Rəhimov xalq artisti Aygün Kazımovanın ünvanına təriflər yağdırıb. 

Sfera.az axşam.az-a istinadən bildirir ki, aktyor "Nəsib olsa" verilişində müğənninin səhnəmizin yeganə "divası" olduğunu deyib:

"16 ildir bu işin içindəyik. Amma yanımızda peşəkar biri oturub. Bizim yekə-yekə danışmağımız olmaz. Bu diva bir vaxtlar konsert verəndə hayıl-mayıl olurduq. Bu insanın verdiyi konsertlər və onların səhnəarxası proseslərindən söz gedir. O, bunların hamısını canıyla-qanıyla edib. Bizim şou-biznesdə divamız Aygündür. Heç kim boynuna bu adı götürməsin. Bu işin peşəkarı, layiqli insanı var. O, məhz səhnə üçün yaranan insandı".

Ssenarist Müşviq Abbasov isə "Aygün Kazımovanın etdiyi inqilabları peşəkarlar bilir və unutmurlar. Bu gün də həmin inqilabın davamçıları var. Elə bilirlər ki, özləri edib. Bilmirlər ki, bu insan o cığırı açıb, siz ardıyca gəlmisiniz" deyə, əlavə edib.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...