Tina Törnerin ağrılı HƏYAT HEKAYƏSİ: Valideynləri tək qoydu, fiziki şiddət gördü, evindən qaçdı...

Tina Törnerin ağrılı HƏYAT HEKAYƏSİ: Valideynləri tək qoydu, fiziki şiddət gördü, evindən qaçdı...

Xəbər verdiyimiz kimi, amerikalı müğənni, aktrisa və yazıçı Tina Törner 83 yaşında vəfat edib. 

 

Sfera.az bildirir ki, o, dünən İsveçrənin Sürix şəhərinin yaxınlığındakı evində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.Amerika əsilli müğənni 1994-cü ildən bəri əri, alman aktyoru və musiqi prodüseri Ervin Baxla birgə İsveçrədə yaşayır. O, 2013-cü ildə İsveçrə vətəndaşlığını alıb. Son illərdə Tina bir sıra ciddi sağlamlıq problemləri, o cümlədən insult, bağırsaq xərçəngi və orqan transplantasiyası tələb edən ümumi böyrək çatışmazlığı ilə mübarizə aparıb.

 

Törner dörd onillikdə” Billboard Top 40” hitinə imza ataraq  “Grammy”, Kennedi Mərkəzinin Fəxri mükafatını qazanıb. 70-ci illərdə tək başına solo sənətçi kimi diqqəti çəkən ifaçı "What's Love Got to Do with It", "The Best" və "Private Dancer" mahnıları ilə şöhrət əldə edib, albomu ən çox satılan qadın sənətçilərdən birinə çevrilib. Onun ilk sənət illəri fiziki və psixoloji zorakılığa məruz qaldığı musiqi partnyoru Ike Törnerlə evliliyi ilə yadda qalıb. (O, 2007-ci ildə vəfat edib) Onun sağ qalması və tragik qaçışı 1993-cü ildə Anjela Bassetin baş rolda oynadığı “What's Got to Do with It” filmində nümayiş etdirilib. Onun uşaqlığı yaxşı keçməyib -  11 yaşında anası zorakılıq edən ərindən qaçmaq üçün evi tərk edib. İki il sonra Törner yeniyetmə olanda atası başqa bir qadınla evlənib və ştatı tərk edərək Tina və bacılarını nənəsinin himayəsində buraxıb.

 

Törner gələcək əri İke ilə 1950-ci illərin sonlarında, o, “Kings of Rhythm” qrupu ilə “Sent-Luis” klubunda çıxış edərkən tanış olacaqdı. Onun 25, Törnerin isə cəmi 17 yaşı var idi. 2018-ci ildə yazdığı "Məhəbbət Hekayəm" adlı memuarında belə yazıb: “İke heç də yaraşıqlı deyildi  və əlbəttə ki, mənim tipim ola bilməzdi. Mən orta məktəbdə səliqəli, atletik və cins geyinmiş oğlanlara öyrəşmişdim. İkenin cəmi 25 yaşının olmasına baxmayaraq, bədəni qoca görünürdü. “Vallah, o çirkindir” deyə fikirləşməyə bilmirdim. İke ilə münasibətim onun pul qazanacağımı anladığı gün məhv oldu. O, məni iqtisadi və psixoloji olaraq idarə etməli idi, ona görə də onu heç vaxt tərk edə bilməzdim”. Təxminən bu zaman Ike gələcək super ulduza məşhur ləqəbini verdi. "Tina".  Sevimli televiziya şousundakı bir personajdan ilhamlanıb. İke  "Tina Törner" adını ticarət markası etdi. Onların oğlu Ronnie 1960-cı ilin oktyabrında anadan oldu və cütlük iki il sonra Tijuanada münasibətlərini rəsmiləşdirdilər. Ronnie dekabr ayında 62 yaşında kolon xərçənginin ağırlaşmasından vəfat edib.

 

Müğənni memuarında İke ilə olan evliliyinin sevgi deyil,  sui-istifadə və qorxu üzərində qurulduğunu yazıb. Törnerin məşhurluğu artdıqca Ikenin nəzarətçi təbiəti də güclənirdi:

 

“Zorakılıq var idi, çünki o, mənim onu tərk edəcəyimdən qorxurdu. Mən onu sevmirdim, başqa qadınlar da var idi”. İllərlə əzab çəkdikdən sonra Törner 1976-cı ildə mobil kartı və cibində 36 sentlə ərindən qaçdı. Belə ki, cütlük Texas ştatının Dallas şəhərindəki Statler Hiltonda qastrol səfərində olarkən Tina buna qərar verib.

 

2017-ci ildə ifaçı həmin günləri belə xatırlayıb: “Mən sadəcə fürsət tapdım. “Çıxış yolu qapıdan keçir" dedim və o, yatdığı vaxtlardan birində oteldən çıxdım, magistral yola düşdüm. Bu, çox çətin və təhlükəli idi, çünki Ike zorakılığı sevən bir insan idi. O zaman narkotik istifadə edirdi və çox etibarsız idi. Mənim isə pulum, getməyə yerim yox idi”.

 

Daha sonra Tina karyerasını yenidən qurub, onilliklər ərzində ilk dəfə solo konsertlər verib, məhkəmələrdə iştirak edərək uşaqlarının və adının qəyyumluğunu istəyib: 

 

"Mən hakimə dedim ki, bu, yalnız qan puludur. Başqa heç nə istəmirəm. Bir xahişim var idi - Ikeyə məxsus olan "Tina Törner" adından istifadə etməyə davam etmək...Həmin zaman 39 yaşımın olmasını, cinsimi, rəngimi və yaşadığımız dövrü nəzərə alsaq, hər şey mənə qarşı idi”.

 

Lakin sənətçi həmişəkindən daha güclü qayıdıb. 80-ci illərdə onun "What's Love Got to Do with It," "Private Dancer," and "We Don't Need Another Hero (Thunderdome)” k imi hitləri və yeni yaranan MTV-dəki videoları Tinanı ulduza çevirib. Onun 1984-cü ildə solo diski “Grammy” mükafatı qazanıb və nəticədə bütün dünyada 20 milyondan çox nüsxə satılıb. 2008-ci ildə o, təqaüdə çıxacağını elan edib.  O, daha çox şəxsi həyatına, xüsusən də alman aktyoru və musiqi prodüseri Ervin Baxla münasibətlərinə diqqət yetirməyə başlayıb. Cütlük 2013-cü ildə ailə qurub.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını...

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...