Cennifer Lopez çiynində nəhəng döymə ilə görüntüləndi - FOTO

Cennifer Lopez çiynində nəhəng döymə ilə görüntüləndi - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez əri Ben Afflekin rejissorluğu ilə çəkilmiş yeni "The Expendables" filminin çəkilişlərinə başlayıb. O, Los-Ancelesdə sağ çiynində böyük döymə ilə görüntülənib.
 

Sfera.az bildirir ki, İsa Məsihin çarmıxa çəkilməsi şəklində olan döymə, Afflekin sağ qolundakı xaçın həqiqi döyməsinə çox bənzəyir. Lakin Lopezin döyməsinin müvəqqəti olma ehtimalı var. Ben kimi, Cenniferin xaçı parlaq qırmızı çiçəklərlə əhatə olunub, qalan elementlər isə qara mürəkkəblə çəkilib.
 

Aktrisa açıq mavi cins şalvar və bənövşəyi rəngli qolsuz top geyinib. Tipik bal rəngli saçlarını uzun qıvrımlı həcmli tünd parik altında gizlədib.


Cenniferin rolu isə hələlik məlum deyil və filmin nümayiş tarixi hələ açıqlanmayıb. Benin kadrda görünüb-görünməyəcəyi də hələ bəlli deyil.
 

Qeyd edək ki, tatuları sevən Ben Afflekin altı böyük döyməsi var. Bu yaxınlarda Cennifer əri ilə bir-birlərinə sədaqətlərini göstərmək üçün uyğun döymələr etdirdiklərini açıqlayıblar. Benin qoltuqlarının altında J və B hərfləri ilə üst-üstə düşən bir cüt ox var, Lopezin sol tərəfində isə üzərində ox və "Cennifer" və "Ben" sözləri çəkilmiş sonsuzluq işarəsi var.
 

Afflekin arxasında nəhəng parlaq sfinks var ki, J. Lo bu döyməni böyüklüyünə və çiçəklərinin bolluğuna görə sevmir.

 

Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR