Ancelina Coli uzun müddət sonra ilk dəfə qızı Zahara ilə göründü - FOTO

Maqazin
00:05 / 18.05.2023
8777
Ancelina Coli uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısında görüntülənib. O və övladlığa götürdüyü qızı Zahara ilə Nyu York hava limanında görüntülənib.
Sfera.az xəbər verir ki, Ancelina Coli ağ dekolteli libas və qara köynək geyinməklə özünün dəbdəbəli üslubunu nümayiş etdirib. O, görünüşünü böyük çanta və ağ platformalı sandaletlə tamamlayıb.
Qeyd edək ki, 18 yaşlı Zahara hazırda 1881-ci ildə əsası qoyulmuş Atlantadakı özəl qızlar məktəbi- Spelman Kollecinin tələbəsidir.
Coli və Zahara təsadüfən paparassilərə yaxalanıb və əl-ələ tutublar.
Xatırladaq ki, Ancelina Coli və Bred Pitt Efiopiyadan olan Zaharanı 2005-ci ildə övladlığa götürüblər.
Aynil
Sfera.az