Eminemin qızı nişanlandı - FOTO+VİDEO

Eminemin qızı nişanlandı - FOTO+VİDEO

Bu yaxınlarda 50 yaşı tamam olan məşhur reper Eminemin yeganə bioloji qızı 27 yaşlı Hayley Jade pərəstişkarlarına İvan Makklintokla dəbdəbəli nişan məclisinin videolarını nümayiş etdirib.

Sfera.az bildirir ki, tanınmış gözəllik bloggeri İnstaqramda romantik slayd-şou yerləşdirərək, sevincini nümayiş etdirib.


Cütlüyün nişan partisi Makklintokun qıza evlilik təklifindən iki ay sonra, aprelin 29-da Detroytda baş tutub.




Şəkillərdən görünür ki, bu özəl gündə cütlük ağ və qaranı birləşdirən iki fərqli geyim dəsti geyinib.
 

Cütlük nişanlandıqlarını fevral ayında Hayli İnstaqramda brilyant nişan üzüyünü nümayiş etdirərkən elan etmişdi.




Qeyd edək ki, cütlük 2016-cı ildən münasibətdədir və onlar Miçiqan Universitetində oxuyarkən tanış olublar. Evan Miçiqan ştatında istintaq idarəçiliyi şirkətinin rəhbəridir.
 

Eminem özü dəfələrlə qızı ilə çox qürur duyduğunu və onun məktəbdən dərhal sonra ailə qurmamasından, vaxtını dərslərinə ayırmasından məmnun olduğunu bildirib. Onun uşaq yaşlarından bəri birlikdə olduğu, qızının anası Kimberli Ann Skott erkən hamilə qalıb və məktəbi yarımçıq qoyub.


Xatırladaq ki, Heyli reperin yeganə bioloji övladıdır.
 

Bu yaxınlarda Eminemin "Səkkiz mil" filminin seriala çevriləcəyi barədə də məlumat vermişdik. Onun çəkilişlərinə, əsl adı Curtis Jackson olan reper 50 Cent də kömək edəcək.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...