Oksana 7 yaşlı uşağın ölümündən yazdı: "Bunu edənə..." - FOTO 

Oksana 7 yaşlı uşağın ölümündən yazdı:

7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində həyatını itirməsi ölkə gündəmini alt-üst edib. Baş verən dəhşətli hadisəyə bir sıra məşhurlar səssiz qalmayıb, etiraz səslərini ucaldıblar. 

 

Sfera.az xəbər verir ki, aktrisa və rəqqasə Oksana Rəsulova sosial şəbəkə hesabında azyaşlı uşağın ölümü ilə bağlı paylaşım edərək, olaydan sarsıldığını dilə gətirib: 
 

"Uşağa qarşı şiddət, zorakılıq və qətl barədə eşidəndə, görəndə bunu edən vəhşilərə ölüm arzu edirəm. Yavaş-yavaş, əzablı, iztirablı, incidən ölüm. Belə hallarda bu vəhşiləri edam etmək lazımdır. Uşaq qatillərini edam etmək lazımdır. Əfsus ki, bizdə bu qanun yoxdur. Onu Allaha tapşırıram. Ya rəbbim, o insanı cəzalandır. Mən özümə iki gündür gələ bilmirəm. O uşaq hər bir ananın balası idi".

 

Rəsulova ölkə başçısına müraciət edərək körpənin ölümünə səbəb olan məşqçiyə ən ağır cəzanın verilməsini istəyib:
 

"Bir ana kimi sizə yalvarıram, o vəhşiyə ən ağır cəzanı verin. Çox şey yazardım, yaza bilmirəm, boğuluram". 


OXŞAR XƏBƏRLƏR

Sülhə aparan yol Ermənistan konstitusiyasına dəyişiklikdən və Minsk qrupunun ləğvindən keçir

III Şuşa Qlobal Media Forumu Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi müzakirələrə və mesajlara şahidlik etdi. Forumd...

Prezidentin köməkçisi Şuşadan paylaşım ETDİ - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşadan paylaşım edib.   ...

Novxanıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. ...

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə &...

Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi

Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümay...

Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.   Sfera.az Report-a ...