Rihanna Met Gala 2023-ə gəlinlik paltarında çıxdı - FOTO

Rihanna Met Gala 2023-ə gəlinlik paltarında çıxdı - FOTO

35 yaşlı amerikalı müğənni Rihanna Nyu Yorkda sevgilisi A$AP Rocky ilə Met Gala 2023-ə qatılıb. Cütlük tədbirə iki saat gec gəlib.
 

Sfera.az bildirir ki, məşhur müğənni Metropolitan İncəsənət Muzeyində qırmızı xalçada "dəb gecikməsi"nin yeni səviyyəsində görünüb.
 

Ulduzun gəlinliyi qatlardan ibarət olub. Tədbirin fotoqrafları qarşısında poza verərkən ulduzun baş və bədənini qızılgüllərlə bəzəyən nəfis bir baş geyimi olub.


Rihanna daha sonra baş geyimini aşağı salın və paltarı daha da uzun qatlarda açılıb.


O, brilyant boyunbağı və qırmızı pomada ilə görünüşü tamamlayıb. Aksessuarlara gəlincə, Rihannan iri saxta kirpiklərlə bəzədilmiş gün eynəklərini də nümayiş etdirib.


Müğənninin sevgilisi ağ köynək, qara qalstuk və pencəkdə qəşəng görünüb.
 

Xatırladaq ki, ikinci dəfə hamilə olan Rihanna 1994-cü il kolleksiyasından tüklü Chanel görünüşünü də nümayiş etdirmişdi.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR