Madonna özündən 35 yaş kiçik sevgilisini göstərdi - FOTO

Madonna özündən 35 yaş kiçik sevgilisini göstərdi - FOTO

64 yaşlı Madonna konsertə yeni sevgilisi 29 yaşlı Coş Popperlə birlikdə gedib.


Sfera.az bildirir ki, pop-diva konsertə məktəbli geyimində və yeni sevgilisi, boksçu Coş Popperlə gedib.


O, Instagram hekayələrində bir neçə foto paylaşıb. Konsert üçün Madonna hörük və məktəbli obrazı seçib.


Qeyd edək ki, Coş Popperdən əvvəl Madonna model, 23 yaşlı Endryu Darnelllə görüşürdü. Ancaq fevral ayında müğənni münasibətlərinin bir ayı keçməmiş onu tərk edib.

Coş Popper Nyu-Yorkun “Bredwinners Gym”də boks üzrə məşqçidir. O, Madonnanın uşaqlarından birinə boks öyrədir.
Madonna hətta sevgilisi ilə idman zalına da gedib.


Superstardan fərqli olaraq, Popper nisbətən sadə həyat sürür.

O, bir vaxtlar 2015-ci ildə məzun olduğu Qlassboro, Nyu-Cersi şəhərindəki Rowan Universitetində perspektivli oyunçu olub. İki dəfə NFL komandası üçün cəhd edən Coş vəsiqə qazana bilməyib.

LinkedIn-ə görə, o, “New York Life”ın lisenziyalı sığorta agenti olub.

Yalnız 2020-ci il pandemiyası zamanı özünün təvazökar idman zalı açan idmançı burada böyüklərə və uşaqlara boks öyrədən bir neçə məşqçidən biridir.

Madonna Darnelllə görüşdüyünü inkar edərək, onun sadəcə övladlığa götürdüyü oğlu David Bandanın məşqçisi olduğunu iddia edib. Ancaq onunla bir neçə fotoşəkil dərc etdikdən sonra Diva münasibətlərini gizlətməkdən əl çəkib.


Qeyd edək ki, pop diva həmişə özündən kiçiklərlə görüşüb. Bununla belə, istisnalar da var. 1989-cu ildən Madonna özündən 21 yaş böyük aktyor Warren Beatty (Uorren Bitti) ilə münasibətdə olub. Onlar birlikdə "Dik Treysi" filmində rol alıblar. Tənqidçilər bunun filmin reklamı olduğunu güman edirdilər, çünki onlar bir-birindən çox fərqli idilər. Sonda boşanma səbəbi də bu olub. Beatty ictimaiyyətin diqqətində olmağı sevən gənc sevgilisindən bezmişdi.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Nigar marafonda qızı ilə qaçdı… - FOTO

Avroviziya qalibimiz Nigar Camal qızı Jasminlə paylaşım edib.   Sfera.az xəbər verir ki, Nigar ötən gün baş tutan Bakı Marafonuna övladı ilə qat...

Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsü həbs olundu

Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən taksi sürücüsü Ramiz Rasim oğlu Umudov həbs olunub.   Sfera.az "Teleqraf"a is...

Selə görə bu evlər təhlükə altındadır -VİDEO

Qudyalçayda sel sularının səviyyəsinin qalxması nəticəsində Xaçmazın Xaspoladoba kəndində çayın kənarında yerləşən bir neçə yaşayış evi üçün təhlükə yaranıb. ...

Özgür Özələ hücum edən şəxsDANIŞDI

Türkiyədə müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özələ hücum edən Selçuk Tengioğlunun ifadəsi ortaya çıxıb.   Sfer...

Ərdoğan Trampla nələrdən danışdı? -DETALLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon danışığında Ukraynada sülhün təmin edilməsi, İranla danışıqlar və Qəzza zolağındakı və...

Alkatraz həbsxanası yenidən açılacaq: Tramp sərəncam verdi

ABŞ prezidenti Donald Trampın göstərişi ilə xüsusi təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş “Alkatraz” həbsxanası yenidən açılacaq. Qeyd edək k...