70 yaşlı Şeron Osborn estetik əməliyyatlara tövbə etdi: “Təpəgözə oxşayıram” – FOTOLAR

70 yaşlı Şeron Osborn estetik əməliyyatlara tövbə etdi: “Təpəgözə oxşayıram” – FOTOLAR

Dünyanın ən böyük rok ulduzlarından birinin həyat yoldaşı kimi tanınan, lakin sonrakı illərdə böyük televiziya şouları sayəsində əri qədər məşhurlaşan Şeron Osborn etdirdiyi plastik əməliyyatlarla bağlı səmimi açıqlamalar verib.


Sfera.az xəbər verir ki, Ozzi Osbornun sönən karyerasına işıq salan və hər il onun üçün təşkil etdiyi yay konsertləri ilə böyük təəssürat yaradan, prodakşn şirkəti quran, öz tok-şousunu təqdim edən və bunlarla da kifayətlənməyən Şeron Osborn televiziyada yayımlanan bir çox istedad yarışmalarında münsiflər heyətində yer alaraq şöhrətini daha da artırıb. 


Yaşının irəliləməsinə baxmayaraq, bütün bu işlərin öhdəsindən gələn Şeron Osborn enerjisi və çalışqanlığı ilə tanınır. Lakin o da yaşlandıqca gənc görkəmini itirməkdən qorxan və plastik əməliyyatlara əl atan məşhurlardandır.


Beşinci və sonuncu üz gərmə əməliyyatından sonra o, “Mən indi Təpəgözə oxşayıram”, - deyib.  “İndi çox irəli getdim” deyən Şeron Osborn üzünün son halının onu qorxutduğunu etiraf edib:


“İndi vaxt mənim əleyhimə gedir. Üzümü gərdirdim, amma bir gözüm digərindən fərqli görünməyə başladı. Bunu görəndə başa düşdüm ki, indi dayanmalıyam”. 

 

O, həyat toldaşı Ozzi Osbornun da vəziyyətdən narahat olduğunu və lazım gələrsə, vəziyyəti düzəltmək üçün yeni əməliyyatın pulunu ödəməyi təklif etdiyini bildirib.

 

Şeron 2019-cu ildə də əvvəlki üz gərmə əməliyyatından sonra oxşar açıqlamalar vermişdi. O, ərinin və uşaqlarının onu evdə görəndə şoka düşdüyünü söyləmişdi.
“Ağzımı tapa bilmədim. Uyuşmuşdu və bir tərəfə sürüşmüşdü. Mən Elvisə bənzəyirdim. Uşaqlar və Ozzi "Niyə mənə hırıldayırsan?" deyirdilər və mən isə deyirdim ki, “mən heç nə etmirəm!”.


O, dəfələrlə bıçaq altına yatdıqdan sonra keçirdiyi plastik əməliyyatlara görə peşman olduğunu və nəhayət bu cür müdaxilələrə tövbə etdiyini vurğulayıb. Şeron bu əməliyyatlardan sonra sağalma dövründə çox əziyyət çəkdiyini də qeyd edərək bu dəfə qərarında qəti olduğunu deyib.

Lalə

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...