"Sən məni evinə çağırmısan, mənə hörmətsizlik edirsən" - Nadir ƏSƏBİLƏŞDİ

"Aparıcılarımız müğənnilərə, efirinə dəvət etdiyi sənətkarlara qarşı diqqətli olmalıdırlar. Bəzən görürsünüz ki, səni efirə dəvət edirlər, sən mahnı oxuyursan, aparıcı öz işindədir. Ya söhbət edir, ya da ki, müğənniyə qarşı diqqətsizlik göstərir. Bu müğənninin də gözündən yayınmır. Müğənni artıq sınır. Əlbəttə ki, müğənniyə də xoş təsir bağışlamır. Sən məni evinə çağırmısan, mənə hörmətsizlik edirsən".

 

Sfera.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Nadir Qafarzadə deyib.

 

"Efirdə pis şeyləri təbliğ edən müğənnilər dəbə minir. Kimdə nə yoxdursa, ondan danışır. Onları söysələr belə dünüşürlər ki, gündəmdə olaq. Onlar üçün antireklamın özü də reklamdır. Bunların bir evdə ağsaqqalı, ağbirçəyi, öyüd-nəsihət verəni yoxdur?! Biz istər-istəməz onları görürük, gözümüzə girirlər. Onların badına biz də gedirik. Düzdür, tamaşaçı hamını çox yaxşı tanıyır. Bəzən özüm haqda mənfi rəylərə cavab da verirəm. Götürüb o adama yazıram ki, "sən məni tanımırsan, mənim haqda nə fikir bildirə bilərsən?". Bəzən günahı özümüzdə də axtarmalıyıq. Niyə biz hamıdan incik düşürük? Bəlkə bu problem bizim özümüzdədir? Kimisə ittiham edirik ki, günah səndədir. Bəlkə, elə günah mənim özümdədir. Bizdə bu yoxdur, heç vaxt günahı, problemi özümüzdə axtarmırıq" , - sənətçi bildirib.


 

Müğənni yaşı ilə bağlı da danışıb:

 

"Mənim üçün yaş rəqəmlə deyil, özümü hiss etdiyim qədərdir. İçimdə bir gənclik var, hələ də yaşlanmamışam. Dünyaya baxışım gözəldir. Demək olar ki, bütün ölkələrdə, hətta Afrikada belə olmuşam. Dünya ulduzlarının 70-80 yaşı var, bu günə qədər də şour göstərirlər. Biz səhnə adamıyıq, elə şeylər var ki, çərçivədən çıxa bilirik".


OXŞAR XƏBƏRLƏR

"Hudutsuz sevda"nın aktrisası yeni serialda - FOTO

"Hudutsuz sevda" serialının aktrisası Elçin İrem Zehranın yeni layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Sevdiğim ...

Goranboyda maşın aşdı - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi əraz...

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.   Sfera.az xəbər verir ki, hadisə...

Rusiya Çindən bir ayda 5 milyon litr pivə aldı

Çin iyun ayında Rusiyaya 4,9 milyon litr pivə tədarük edib ki, bu da ikitərəfli ticarət üçün yeni rekorddur.   Sfera.az xəbər verir ki, bu barədə Çin...

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə yeni çoxfunksiyalı güzəştli kart veriləcək.   Sfera.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu tər...