Keçmiş xanımı məşhur aktyora yaxınlaşa bilməyəcək - Məhkəmədən QƏRAR

Aktyor Burak Sergen onu aldatdığı iddiası ilə boşanma prosesində olduğu xanımı Nihan Ünsaldan çəkindiyi üçün ondan müdafiə olunmağı tələb edib.
Sfera.az “Kelebek”ə istinadən xəbər verir ki, aktyor bununla bağlı məhkəməyə üz tutub. Buna səbəb isə həyat yoldaşının davamlı olaraq onu təhqir edərək qapısına gəlməyi iddialarıdır.
Həyatının təhlükədə olduğunu deyən məşhur aktyor məhkəmədən uzaqlaşdırılma qərarının verilməsini istəyib. Tələbi haqlı hesab edən məhkəmə Nihan Ünsalın 1 ay Burak Sergenə yaxınlaşmamasına qərar verib. Məhkəmə qərarında Ünsalın qərarı pozacağı təqdirdə 3 gündən 10 günə qədər həbs olunacağını da açıqlayıb.
Qeyd edək ki, bu, Burak Sergenin üçüncü evliliyi idi. 62 yaşlı aktyor özündən 28 yaş kiçik olan Nihan Ünsalla 2021-ci ildə ailə həyatı qurub. Onlar cəmi 4 ay evli qaldıqdan sonra boşanmaq qərarına gəliblər.