Şakira Mayamidə 50 milyon dollara yeni malikanə alır - FOTOLAR

Şakira Mayamidə 50 milyon dollara yeni malikanə alır - FOTOLAR

Dünyanın ən məşhur müğənnilərindən biri olan Şakira ilə ən uğurlu futbolçulardan Jerar Pike arasındakı 12 illik eşq macərası keçən il səs-küylü şəkildə bitsə də, bu ayrılıq ətrafındakı söz-söhbətlər bitmək bilmir. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, iki oğlunu da götürərək İspaniyadan köçən və Amerikaya yerləşən Şakiranın Mayamidə yeni ev alacağı bildirilir. 

 

Əslində, ulduz müğənninin Mayamidə daha əvvəl aldığı 15 milyon dollarlıq evi var. Ancaq son xəbərlərə görə, bu görkəmli evdə yaşamaq istəməyən və iki oğlunu müzakirələrdən uzaqlaşdırmaq istəyən Şakira öz evini kirayə verəcək.

 
Onun Mayamidəki saysız-hesabsız adalardan birində, hətta mərkəzdən ən uzaq yerdə və yad gözlərdən uzaqda 50 milyon dollarlıq malikanəni bəyəndiyi və onu almaq üçün hərəkətə keçdiyi öyrənilib. Ulduz müğənninin evə getməzdən əvvəl mağazaya baş çəkdiyi və alacağı evin ehtiyacları üçün alış-veriş etdiyi də iddia edilib.


Müğənni daha sonra Mayamidə daşınmaz əmlak agentləri ilə evləri gəzərkən görüntülənib. Cins şalvar və idman ayaqqabısı geyinən Şakira daşınmaz əmlak agenti ilə birlikdə alacağı malikanəni də gəzib.


Xatırladaq ki, aprelin əvvəlində keçmiş qayınatası, Jerar Pikenin atası tərəfindən Şakiraya bildiriş göndərildiyi üzə çıxıb. O, Şakira və Pikenin bir vaxtlar sevgi yuvası olan Barselonadakı evini müğənninin dərhal tərk etməli olduğunu bildirib.


İllərdir yaşadığı evdən və şəhərdən ayrılaraq Mayamiyə uçan təyyarəyə minən Şakira göz yaşlarına boğulub və həmin anlar mətbuatda da öz əksini tapıb. 
İspaniya mətbuatının yazdığına görə, Jerar Pike Şakira ilə birlikdə yaşadıqları evi almağı və buranı sevgilisi Klara Çia ilə yeni sevgi yuvasına çevirməyi planlaşdırır. 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...