Orxan Zeynallı yenə rekord qırdı: "Ora ayaq basan hər kəs..."

Orxan Zeynallı yenə rekord qırdı:

Reper Orxan Zeynallının 14 maya planlaşdırılan konsertinin bütün biletləri tükənib.

 

Sfera.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb. O, çoxsaylı istəkləri nəzərə alaraq konsertinə ikinci gün də əlavə edib.

 

“Karyeramın heç bir dönəmində böyük vədlər verməmişəm. İstər 200 nəfərlik, istərsə də, 6000-lik konsertlərimdən öncə sakitcə işimizə köklənib hazırlaşmışıq. Zənnimcə, sənətdə 2 fərqli tip olur: danışan və iş görən. Çox nadir hallarda bu iki cəhət eyni adamda ras gəlinir. 6 ay sonra yenidən konsert etməkdə bir neçə məqsəd var idi ki, vaxtı çatanda hər kəsə məlum olacaq. 14 may biletləri 5 günə bitdiyi üçün 15 may da konsert etmək qərarına gəldik. Bu tarixlər üçün nə hazırladığımızı özümüz yaxşı bilirik və əminik ki, ora ayaq basan hər kəs ilk saniyədən bizlə eyni dalğada olacaq. Var olun!”.

 

Qeyd edək ki, Elektra Events Hallda keçiriləcək konsertin biletləri artıq bitib. Biletin satışları və konsertin anonsu isə bir həftə əvvəl verilmişdi. Bununla Orxan Zeynallı öz rekordunu yeniləyib. Belə ki, reperin noyabrda verdiyi konsert biletlərinin də hamısı çox qısa müddətdə satılmışdı.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.   Sfera.az xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəal...