Logo

Kleopatranı qaradərili aktrisa canlandırdı, tənqid olundu

Kleopatranı qaradərili aktrisa canlandırdı, tənqid olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Netflix" Kleopatra haqqında çəkilən sənədli filmin ("Queen Cleopatra") treylerini yayımladıqdan sonra tənqid atəşinə tuş gəlib.

Sfera.az xəbər verir ki, misirlilər platformanı tarixi təhrif etməkdə qınayıblar. İzləyiciləri əsas qəzəbləndirən məqamlardan biri isə baş rolu qaradərili aktrisanın canlandırması olub. Onlar Kleopatranın qaradərili olmadığını bildiriblər.

Şikayətçilər "change.org" saytında filmin yayımının ləğv edilməsini tələb edən petisiya yaradıblar. 100 minə yaxın insanın imzası toplandıqdan sonra portal heç bir izahat vermədən petisiyanı silib.

Qeyd edək ki, sözügedən filmin mayın 10-da təqdim edilməsi planlaşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR