Uill Smith ekranda seksi təsvir etməyin nə qədər çətin olduğundan danışdı - FOTO

Uill Smith ekranda seksi təsvir etməyin nə qədər çətin olduğundan danışdı - FOTO

53 yaşlı aktyor Uill Smith müsahibəsində seks səhnələrinin aktyorluğun ən pis hissəsi olduğunu etiraf edib.
 

Sfera.az bildirir ki, aktyor bir dəfə həyat yoldaşı Jada Pinkett Smithə qarşı pis oyun oynadığını etiraf edib.
 

Həmişə əla fiziki formada olan aktyor tez-tez ekranda çılpaq qalmalı olur və tamaşaçılar onun bununla heç bir probleminin olmadığını düşünür. İndi isə “The Graham Norton Show”da Uill etiraf edib ki, seks səhnələri onu həmişə narahat edib.




"Seks səhnələri aktyorluğun ən pis hissəsidir. Onları ekranda görəndə fikirləşirsən: necə də gözəl, romantik, musiqi, şərab... amma çəkiliş meydançasında hər zaman sənə mikrofonu soxan biri olur və mütləq olacaq. Elə biri ol ki, bu dəqiqə nəsə çeynəyib sənə baxsın”- deyə aktyor bildirib.
 

Uill etiraf edib ki, o, həyat yoldaşı Jada Pinkett Smithə bir növ pis oyun oynayıb. Aktyor onu nənəsi ilə tanış etmək istəyib. O vaxt nənəsi, artıq ahıl yaşlarında və çox inanclı bir xanım olub. Uill isə Jada ilə görüşdə, nənəsi otağa girəndə erotik səhnənin başlayacağını düşünüb.
 

"Belə də oldu," Uil dedi. "Sonra nənəm Jadaya baxdı və sərt şəkildə dedi: " Mənim vaxtımda filmdə oynamaq üçün soyunmaq lazım deyildi. Jada məni kənara çəkdi və niyə belə etdiyimi soruşdu. Dedim ki, bu, böyük zarafatdır və biz ona illərlə güləcəyik. Amma indi, 27 ildir evliyik və o, heç vaxt bu zarafata gülməyib”- deyə aktyor yekunlaşdırıb.
 

Uill Smith daha əvvəl Jada ilə çoxarvadlı nikahda olduqlarını açıqlamışdı. O, gəncliyində Halle Berry ilə bir hərəm qurmağı xəyal edib.
 

Qeyd edək ki, Uill Smith və Jada Pinkett Smith 23 ildir evlidirlər və açıq nikahda (sərbəst münasibətdə) yaşadıqlarını heç vaxt gizlətməyiblər.
 

Jada və Uillin açıq çoxpartnyorlu evlilikləri olması ilə bağlı şayiələr uzun müddətdir ki, yayılıb. Xüsusilə ötən il aktrisa oğulları Ceydenin dostu olan 29 yaşlı musiqiçi Avqust Alsina ilə münasibətdə olduğunu etiraf etmişdi.
 

Uill, nəhayət, evliliyinin bütün sirlərini açmaq qərarına gəlmişdi.

"Jada heç vaxt ənənəvi evliliyə inanmayıb. Jadanın qeyri-ənənəvi münasibətləri olan ailə üzvləri var. Ona görə də o, mənim böyüdüyümdən çox fərqli böyüyüb. Mükəmməlliyin nə olduğu haqqında çox müzakirələr gedirdi. Qarşılıqlı ünsiyyət üçün ideal yol nədir? Münasibətlərimizin çoxunda monoqamiyanı seçdik, amma bunu ideal münasibət üçün yeganə variant kimi düşünmədik”-deyə Uill bildirib.

Aktyor həmçinin bildirib ki, seksual həyat üzrə mütəxəssis yanına gedib və karyerasının əvvəlində tərtib etdiyi “hərəm”ində görmək istədiyi qadınların siyahısını ona danışıb. Buraya digərləri arasında Halle Berry və Misty Copeland da daxil olub. Amma mütəxəssis ilə danışarkən Uill bunun pis fikir olduğunu anlayıb. Baxmayaraq ki, o, hələ də Hollini çox cazibədar qadın hesab edir.
 

Xatırladaq ki, Smith və Jada Pinkett Smithin iki övladı var: 23 yaşlı Jaden və 20 yaşlı Willow. Uill birinci həyat yoldaşı Şiri Zampinodan olan 28 yaşlı Trey adlı böyük oğlunun tərbiyəsində də eyni mövqedən çıxış edib.

Buna görə də, Willow poliamor olduğunu, yəni bir anda bir neçə insanla sevgi münasibətinə başlamaq istədiyini etiraf etdikdə, bu heç kəsi təəccübləndirməyib.


Mətbuatda dəfələrlə Jada və Uillin boşanma ərəfəsində olması ilə bağlı şayiələr yayılıb və Uill bunu təsdiqləyib. Ancaq problemlərini həll etmək və birlikdə qalmaq üçün yenidən güc tapıblar.

"Evlilik həbsxana deyil, dünyanın ən çətin, yorucu və əzablı işidir. Amma biz çətinliklərə boyun əyən insanlar deyilik"-deyə Smith bildirib.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...