Demet Özdemir və Oğuzhan Koç cütlüyü BOŞANIR - "Xahiş edirik ki..."

Maqazin
14:25 / 13.04.2023
2936
Demet Özdemir və Oğuzhan Koç cütlüyü boşanmaq qərarına gəlib.
Sfera.az bildirir ki, bu barədə cütlük sosial media hesablarından paylaşım edib.
“Bir müddətdir ki, evliliyimizi davam etdirə bilmədiyimizi görüb bitirmək qərarına gəldik. Qarşılıqlı hörmət və anlayış çərçivəsində verdiyimiz bu qərarın ailələrimizə, böyüklərimizə də təsir edəcəyini bilirik. Onları əsəbiləşdirmədən, yormadan bu prosesi ən həssas şəkildə həyata keçirmək üçün əlimizdən gələni edirik. Sizdən, mətbuat mənsublarımızdan xahiş edirik ki, bu prosesə də eyni həssaslıqla yanaşasınız”, - ortaq paylaşımda qeyd olunub.
Xatırladaq ki, cütlük ötən ilin avqust ayında ailə həyatı qurmuşdu.
Türkan