Məşhur aparıcıdan sevgilisi ilə bağlı etiraf: “2 aydır ki, evli bir qadınla mənə xəyanət edirmiş…”

Məşhur aparıcıdan sevgilisi ilə bağlı etiraf: “2 aydır ki, evli bir qadınla mənə xəyanət edirmiş…”

Türkiyəli məşhur aparıcı Seren Serengil Mustafa Rəhman Tohma ilə 4 illik münasibətinə son qoyub. 


Sfera.az xəbər verir ki, Serengil sosial media hesabından canlı yayım açaraq ayrılığın səbəbini açıqlayıb. O,  xəyanətə məruz qaldığını iddia edib. 

 

"Mustafa ilə 24 saat birlikdə idik, amma şübhələndim və telefonunu istədim. 2 aydır ki, evli qadınla görüşürmüş. İndi xəyanəti inkar edir”. 


Tohmanın eyni telefon nömrəsinə bir neçə dəfə zəng etdiyini anlayan Serengil “Nömrəyə zəng etdim, bir qadın cavab verdi. O, zəlzələ üçün ianə topladıqlarını və Mustafa bəydən kömək istədiklərini söylədi. Suallar verəndə adını demək istəmədi və telefonu üzümə bağladı”, - deyə bildirib.

Sevgilisi ilə itinə görə ayrı yatdıqlarını, lakin 24 saat birlikdə olduqlarını deyən Serengil sözlərinə belə davam edib:

“Xəyanət heç gözləmədiyim yerdən gəldiyi üçün kədərləndim. Tohmanın məni fiziki olaraq aldatdığını düşünmürəm. Mənim üçün flört etmək də xəyanətdir. Axı o, evli qadındır... Mustafa “Mən səni heç vaxt aldatmadım” deyir. Mənə yalan danışdı. Qarşımda daha da kiçilməsinə imkan vermədim. Mənə bunu başa sala bilməz, mən bunu başa düşmürəm”.

 

Serengil həmin qadının uşaqlarının da olduğunu, ərinin isə vəziyyətdən xəbər tutan kimi ona zəng etdiyini bildirib. Aparıcı qadının da ərinə eyni yalanları danışdığını vurğulayıb. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Pensiyalar bu tarixdə ödəniləcək

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb.   Sfera.az-ın əldə etdiyi məlumata görə, respublika üzrə ümumi əsaslarla təyin olunmuş pensiyalar iyulun 22-d...

Prezidentin xüsusi nümayəndəsi: Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq

Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə - Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1 433 nəfərdən ibarət 327 ailə köç edib. &...

Növbəti görüş yenə İstanbulda olacaq

İstanbul Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. ...

Sirkə turşusundan zəhərlənən kişi xəstəxanada VƏFAT ETDİ

Salyan sakini sirkə turşusundan vəfat edib.   Sfera.az xəbər verir ki, şəhər sakini, 39 yaşlı Röyal Əhədov bir neçə gün əvvəl sirkə turşusundan ...

Xəzər dənizində İran və Rusiya arasında birgə təlimlər başlayır

İran və Rusiya arasında Xəzər dənizində birgə dəniz-xilasetmə təlimləri - CASAREX 2025 iyulun 21-dən etibarən keçiriləcək.   Sfera.az xəbər veri...

Futbol tarixinin ən güclü oyunçusu müəyyənləşdi

İngiltərənin nüfuzlu "Sky Sports" nəşri futbol tarixinin ən güclü oyunçusunu müəyyənləşdirmək üçün böyük miqyaslı sorğu keçirib.   Sfera.az...