Şakira azyaşlı övladlarını narahat etməməyi xahiş etdi

Şakira azyaşlı övladlarını narahat etməməyi xahiş etdi

Kolumbiyalı müğənni mediadan Şakira azyaşlı oğulları ilə onu tək buraxmaqlarını xahiş edib.
 

Sfera.az bildirir ki, müğənni bu barədə İnstaqram səhifəsində mediaya müraciət ünvanlayıb.
 

Şakira İspaniyadan ABŞ-a getdikdən sonra varislərinin məxfiliyi üçün az qala yalvarıb.
 

Ötən həftə müğənni futbolçu Pikedən dramatik şəkildə ayrıldıqdan sonra oğulları 10 yaşlı Milan və 8 yaşlı Saşa ilə Barselonadan Mayamiyə uçub.
 

Şakira həyata yenidən başlamaq üçün ümidsiz bir cəhdlə, pərəstişkarlarından oğullarının yeni həyatına qədəm qoyarkən onların şəxsi həyatına hörmət etmələrini xahiş edib.
 

O, sosial şəbəkədəki yeni paylaşımında “Əziz dostlar, jurnalistlər və media nümayəndələri” başlığı ilə hər kəsə müraciət edib.
 

“Onlar həyatlarında yeni mərhələyə başlayanda, mən övladlarım adından medianı onların şəxsi toxunulmazlıq hüququna hörmət etməyə çağırıram... İnanıram ki, jurnalistlər və fotoqraflar Milan və Saşanın üzləşdiyi və qarşılaşacağı vəziyyətlərə qarşı həssasdırlar. Onlara daha humanist davranın... beləliklə özlərini təhlükəsiz və dinc hiss edərək çölə çıxıb məktəbə getsinlər. Heç kim onları izləməsin və kameralar tərəfindən daim izlənməsinlər. Mən bir sənətçi kimi deyil, övladlarının hər bir uşağın layiq olduğu sağlam və xoşbəxt həyatı yaşaya bilməsi üçün onların psixoloji və emosional rifahını qorumaq və qayğısına qalmaq istəyən bir ana kimi bu müraciəti yayıram”-deyə iki uşaq anası müğənni əlavə edib.
 

Qeyd edək ki, 2022-ci ilin iyununda Şakira 11 illik evliliyindən sonra Pikedən ayrıldığını açıqlayıb.
 

Xatırladaq ki, Şakiranın futbolçu Jerar Pikedən boşandıqdan sonra yeni xoşbəxtlik tapdığı, Mayamidə tanış olduğu amerikalı ilə görüşdüyü yazılmışdı. Media onun sevgilisi ilə daha yaxın olmaq üçün oğulları Milan və Saşa ilə birlikdə ABŞ-a köçməyə hazırlaşdığını bildirmişdi.
 

Şakira və Pike 12 il birlikdə yaşayıb və iki oğul böyüdüblər. Lakin futbolçunun xəyanəti ucbatından onların münasibətləri 2022-ci ilin iyununda bitib. Pike gənc tələbə Klara Çia Martiyə aşiq olub və anası ona gizli görüşlər qurmağa kömək etdi. Şakira xəyanətdən şoka düşüb və dərhal Pikeni tərk etdiyini açıqlayıb.
 

Boşandıqdan sonra Şakira vaxt itirmədən özünə yeni sevgili tapıb. Jurnalistlər onun adını hələ öyrənməyiblər, lakin onun Mayamidə yaşadığı və müğənnini dörd aydır tanıdığı məlum olub.
 

Şakira onunla müntəzəm olaraq telefonla əlaqə saxlayır və Amerikaya köçməyi planlaşdırıdığı bildirilirdi.
 

Şakira hisslərini gizlətmir və hətta bir neçə mahnıda Jerar Pikeni ələ salıb. O, boşandıqdan sonra daha da gücləndiyini, karyerasına və analığına diqqət ayırdığını deyir. O, Pikenin yeni sevgilisini bəyənməyən pərəstişkarlarından da dəstək alıb. Barselonadakı restoranlardan birində hətta onlara xidmət göstərməkdən də imtina ediblər.


OXŞAR XƏBƏRLƏR