Rihanna Twitter-də ən çox izlənən qadın oldu - FOTO

Rihanna Twitter-də ən çox izlənən qadın oldu - FOTO

35 yaşlı müğənni, iş qadını və milyarder Rihanna Twitterdən nadir hallarda istifadə edir, lakin buna baxmayaraq, pərəstişkarları onunla ayaqlaşmağa çalışırlar.

Sfera.az bildirir ki, Barbados əsilli məşhur sosial şəbəkədə ən çox izləyicisi olan qadın olub.
 

Bu yazının yazıldığı vaxta qədər Rihannanın Twitter-də 108,2 milyon izləyicisi var. Rihannadan sonra ikinci sırada 10 min az abunəçi sayı ilə Katy Perrydir.


Rihanna sosial şəbəkədə ən çox izlənən qadın olsa da, ümumilikdə o, dördüncü yerdədir. Elon Mask, Barak Obama və Castin Bieber müvafiq olaraq birinci, ikinci və üçüncü yerdə qərarlaşıblar. Rihannadan sonra Perry, Cristiano Ronaldo və Taylor Swift gəlir.
 

Rihannanın son zamanlar Twitter pərəstişkarlarının artması bir neçə şeylə bağlı ola bilər: onun fevral ayında Super Bowl şousu, Oskardakı çıxışı və ya ikinci hamiləliyi xəbəri.
 

Bundan əlavə, Rihanna pərəstişkarlarına analıq nümayiş etdirmək üçün sosial şəbəkələrdən istifadə edir.
Xatırladaq ki, martın əvvəlində Rihanna öz abunəçilərinə analıqdan həzz aldığını göstərmişdi. O, oğlunun bir neçə fotosunu, eləcə də onunla olan videosunu yayıb.
 

Müğənni oğlunun adını gizlətməyə davam edir. O, övladını “Vogue” jurnalına müsahibəsində “körpə” və ya “mənim kök adamım” adlandırır. Bundan əvvəl xarici mediada körpənin Nuh adlandırıldığı bildirilib. Körpənin adının uçuş zamanı hava limanının işçilərindən biri tərəfindən mətbuata sızdırıldığı barədə məlumatlar yayılıb. Lakin bu hələ rəsmi təsdiqini tapmayıb.
 

Xatırladaq ki, körpə ötən ilin may ayında dünyaya gəlib. Müğənni və sevgilisinin ilk övladı olub. Onun üzü yeddi aylıq olana qədər pərəstişkarlarına göstərilməyib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR