Məşhur gitaraçı vəfat etdi

Məşhur gitaraçı vəfat etdi

Dünyaca məşhur bas gitaraçı Con Riqan 71 yaşında vəfat edib. 


Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Riqanın ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilməyib. 


Musiqiçinin həyat yoldaşı Keti Merrinq-Riqan ərinin Nyu Yorkdakı evində dünyasını dəyişdiyini bildirib.


Sənətçinin dostları və pərəstişkarları sosial şəbəkədə başsağlığı veriblər.


Ömrü boyu bir çox musiqiçi ilə işləyən Con Riqan gitara ifaçısı Ays Freylinin yaratdığı "Frehley's Comet" qrupundakı çıxışı ilə tanınıb. O, Billi Aydol, Devid Bovi, Piter Frempton kimi adlar üçün gitara çalıb; "The Rolling Stones" və "Scandal" qrupları ilə də çalışıb.


Lalə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR