Elza Seyidcahan: “Atamın həyatda olub-olmadığını da bilmirəm...” - VİDEO

Elza Seyidcahan: “Atamın həyatda olub-olmadığını da bilmirəm...” - VİDEO

"Atamın həyatda olduğunu da bilmirəm, bilsəm axtararam, ona sahib çıxaram. Atam sadəcə tərki-dünya oldu. O, yaxşı insan idi. Mən hamını çoxdan bağışlamışam".

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Düzünə qalsa" verilişində deyib.

 

Şəxsi həyatından danışan müğənni atasından, onu illərdir axtarmasından söz açıb: “Atamı sonuncu dəfə 1991-ci ildə yasda görmüşəm. 1993-cü ildə isə şəhərdə metroda gördüm, amma bildirmədim ona. Onu çox axtardıq. Atam gedər-gəlməz oldu.

 

Qadın öz doğma qardaşının, atasının kəskin xasiyyətinə dözür. Hətta ərə də gedir. Onunla da qardaşı, atasına görə mübahisə edir. Deyir, mənim atam belə, qardaşım belə. Ərə gələndə bilməlidir ki, onun atası da, qardaşı da elə əridir. Qızlar dayanmadan elə hey, atam, anam, qardaşım deyərsə, əri ilə arasına nifaq toxumu səpilər. Mehriban olmazlar. Beləcə, ailə də dağılır.

 

İstəmirəm keçmişimdən danışıb, kimlərinsə xətrinə dəyim. Axı mən onları çoxdan bağışlamışam, unutmuşam. Bizim ailəmiz elə demək olar ki, bütövdür. Övladlarım ataları ilə görüşür. Mən sakit həyat tərzi istəyirdim. Musiqi kollecində müəllim işləməyi arzulayırdım. Toylara, şou proqramlara övladlarımı böyütmək üçün getdim”.

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...