Müğənninin bütün mirası həyat yoldaşına qaldı, qardaşı etiraz etdi - FOTO

Müğənninin bütün mirası həyat yoldaşına qaldı, qardaşı etiraz etdi - FOTO

8 ay əvvəl dünyasını dəyişən müğənni və söz yazarı İlhan İremin ailəsi vəsiyyətinin yerinə yetirilməsi üçün İstanbul Sülh Məhkəməsində iddia qaldırıb.
 

 

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, məhkəmə qarşısında elan edilən vəsiyyətnamədə İlhan İrem bütün mirasını həyat yoldaşı Hansu İremə qoyub.

 

Sənətçinin qardaşı Erkan Aldatmaz qardaşının elektron poçt vasitəsi ilə vəsiyyətnamə hazırladığını və buna görə də mirasın ləğv edilməli olduğunu iddia edib.

 

O, qızı Güliz Aldatmaz Gökçadırın da vərəsəlik hüququna malik olduğunu iddia edərək, iş yekunlaşana qədər İremin bütün mal-dövlətinə əl qoyulmasını tələb edib.

 

Qeyd edək ki, İlhan İrem həyat yoldaşı Hansu ilə 1991-ci ildə ailə həyatı qurmuşdu.

Lalə
Sfera.az 


OXŞAR XƏBƏRLƏR