Nəfəs məsuliyyətə cəlb olunacaq?

Nəfəs məsuliyyətə cəlb olunacaq?

Müğənni Nəfəsin (Günel Məmmədova) "7 Canlı" verilişində  sükan arxasında kəmərdən istifadə etməməsi ilə bağlı açıqlaması müzakirə yaradıb. 

 

İfaçının efirdə bu qayda pozuntusunu etiraf etməsi və daim belə halların təkrarlandığını bildirməsi tənqid edilib. Aparıcı Vüsalə Əlizadə dəfələrlə ifaçıya bunun qayda pozuntusu olduğunu, efirdə təbliğ etməməsini söyləsə də, o, maşın sürməyə başladığı vaxtdan bu səhvi etdiyini deyib. 

 

Məsələ ilə bağlı olay-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qeyd edib ki, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü birmənalı şəkildə inzibati məsuliyyətə cəlb olunur:

 

"Avtomobil idarə edildiyi zaman təhlükəsizlik kəmərindən istifadə edilmirsə, sürücü inzibati məsuliyyətə cəlb olunacaq. Bu, birmənalıdır. Həmin şəxs bildirir ki, kəmərdən istifadə etmir. Lakin məsələ bununla yekunlaşmır. Gərək yolda bu fakt aşkarlansın və sözügedən şəxsin qayda pozuntusuna yol verməsi sübut olunsun. 

 

Hər bir halda bunun reklam kimi efirdə səsləndirilməsi düzgün deyil. Çünki vətəndaşları qaydalara əməl etməyə səsləmək lazımdır. Bununla yanaşı, avtomobil idarə edərkən kəmərdən istifadə olunması sürücünün öz təhlükəsizliyi üçün vacibdir. Qayda pozuntusuna yol verməsi ilə bağlı faktın efirdə söhbət xatirinə səsləndirilməsi qınanılmalıdır. Heç olmasa verilişdə danışmasın ki, cəmiyyətə də bu qayda pozuntusunu təbliğ etməsin".


OXŞAR XƏBƏRLƏR

Vüqar Həşimovun bacısına vəzifə verildi

Mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva yeni vəzifəyə təyin olunub.   Sfera.az “Unikal”a istinadən xəbər verir ki, S...

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...