Oqtay Əliyevin BU ARZUSU gerçəkləşəcək - AÇIQLAMA

Oqtay Əliyevin BU ARZUSU gerçəkləşəcək - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib.

 

Sfera.az Axşam.az-a istinadən xəbər verir ki, Xalq artisti Mübariz Tağıyev "7 canlı" verilişində mərhumun gələcək planlarından danışıb. O bildirib ki, O.Əliyev məşhur "Yeni ulduz" layihəsini etməyi planlaşdırırmış:

 

"Oqtay mənim üçün dost yox, həm də qohum kimi idi. Baxmayaraq ki, aramızda yaş fərqi var, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Valideynlərimiz çox yaxın olub. Yaş gedir, dostlarımı itirirəm. Oqtay mənə yaxın idi, gənc yaşda getməyi mənə təsir etdi. Dilarə nə gündədir... Anası, atasından danışmıram, necə bir vəziyyət yaranmışdı. Bunları gördüm, dəhşət idi.

 

"Yeni ulduz"dan danışmışdıq. Deyirdi ki, yeni formatda edəcəyəm. Bu layihəni başqa cür görürəm artıq. Çox danışmayacam. Çünki biz dostları onun bu istədiyini həyata keçirəcəyik".

 

"Aygün Kazımovanın ad günündə danışdıq. Biz Aygün xanımın repertuarından mahnı oxuduq. Qayıtdı ki, bizim uşaqlar böyüyüb, necə gözəl performanslar göstərirlər. Dedi ki, Novruz bayramından sonra bunu edəcəyəm. Mütləq olacaq" deyə, aparıcı Vüsalə Əlizadə deyib. 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...