Tom Kruzu yeganə qızından uzaqlaşmağa məcbur edən SƏBƏB

Tom Kruzu yeganə qızından uzaqlaşmağa məcbur edən SƏBƏB

60 yaşlı amerikalı aktyor Tom Kruz yeganə bioloji qızı Suridən uzaqlaşmağa davam edir.

 

Sfera.az bildirir ki, məşhura yaxın mənbələr eksklüziv olaraq Kruzun 16 yaşlı varisini çoxdan görmədiyini açıqlayıb.

 

Qızın anası Katie Holmes ilə boşandıqdan sonra Hollivud aktyoru yeganə bioloji qızı ilə praktiki olaraq görüşməyib. Bu müddət ərzində ulduz ata və 16 yaşlı Suri getdikcə bir-birindən uzaqlaşır.

 

2012-ci ildə Bauer Mediaya qarşı böhtan iddiası fonunda Tom Kruz etiraf edib ki, o və hazırda 44 yaşlı Katie Holmes nikahlarının bitdiyini elan etdikdən dərhal sonra Surini üç ay ərzində görməyib.

 

2013-cü ildə vəkillərə "baxın, boşanma olanda... hər şey dəyişir. Bu, ideal səhnə deyil. İdeal vəziyyət deyil", - deyə bildirib.

 

Keçmiş həyat yoldaşı Nikol Kidman 50 milyon dollarlıq məhkəmə iddiası ilə bağlı ifadə verərkən etiraf edib ki, Kruzun Scientology ilə (təriqət) əlaqəsi övladından uzaq düşməsində əsas rol oynayıb.

 

Holmsun onu "qismən Surini sayentologiyadan qorumaq üçün" tərk edib-etmədiyini soruşduqda, Kruz “bəli”cavabı verib.

 

Xatırladaq ki, 16 yaşlı Suri Kruiz Nyu-Yorkda kollecə getməyə hazırlaşır.

 

Aynil


OXŞAR XƏBƏRLƏR