\"Rəşadı tanımağa dəyər...\" - Vəkili Rəşad Dağlıdan yazdı

\

Vəkil Elvin Əliyev hazırda həbsxanada olan meyxanaçı Rəşad Daşlı ilə bağlı paylaşım edib.

 

Vəkil paylaşımında bunları yazıb:

 

"Vəkili olduğum şəxslərin içərisində Rəşad bir başqadır. Sakit təbiətli, tərbiyyəli, əxlaqlı oğlandır Rəşad. Milli və mənəvi dəyərlərə qiymət verən, dövlətini, Azərbaycan xalqını hədsiz sevən biridir. Şəhid ailələrinə, qazilərə daima diqqət və qayğı göstərir. Hazırda istintaq təcridxanasında olmasına baxmayaraq, yenə də şəhid ailələri və qazilərlə maraqlanır, diqqətini göstərir. Dövlətinə düşmənçilik mövqeyi nümayiş elətdirənlərin gözünün içinə baxan, dövlətinin müdafiəsi üçün sözünü əsirgəmiyən, vətən sevgisini hər fürsətdə dilə gətirən oğullardandır Rəşad. Rəşad həmin oğuldur ki, cəmiyyətin sevgisini və rəğbət qazanıb. Onun uşaqlarına verdiyi tərbiyə, ailəsinə bağlılığı, böyükləriylə rəfdarı aldığı tərbiyyənin, onun qanacağının danılmaz bariz nümunəsidir. Hər kəslə subardinasiya qaydalarını gözləyən, heç kəsi incitməmək, xətrinə dəyməmək üçün əlindən gələni edəcək xarakterə sahibdir Rəşad. Çox söz yazmaq olar Rəşad barəsində, ancaq qisa onu deyirəm ki, Rəşadı tanımağa dəyər".

 

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR

Qazi jurnalistlər Türkiyəyə gedir

Azərbaycandan olan bir qrup jurnalist Türkiyəyə səfər edəcək. Səfər iyul ayının 28-də başlayacaq.   Sfera.az bildirir ki, MediaTürk TV-nin təşəb...

Xarici vətəndaşlara da işğaldan azad edilmiş ərazilərinə getməyə İCAZƏ VERİLDİ

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə,...

“Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLİR

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.   Sfera.az xəbər verir k...

Bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlu...

Rusiya və Ukrayna nümayənləri İstanbulda yenidən görüşəcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu həftə yeni danışıqlar mərhələsinin keçirilməsi gözlənilir.    Sfera.az xarici mediaya istinadə...

Suriyada sular durulmur: "Müharibə Netanyahunu hakimiyyətdə saxlayır"

ABŞ və Türkiyənin vasitəçilik cəhdlərinə baxmayaraq Suriyanın cənub regionunda atəşkəsi təmin etmək mümkün olmur. Silahlı qruplar arasında toqquşma davam edir, ...