Logo

Ədəbiyyat "Nobel"çisi bu gün bəlli olacaq

Ədəbiyyat "Nobel"çisi bu gün bəlli olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Böyük Britaniyanın "Ladbrokes” bukmeker kontorunda 2016-cü il Nobel Ədəbiyyat Mükafatının namizədlərinə verilmiş əmsallarda dəyişiklik baş verib. Sfera.az Lent.az-a istinadən xəbər verir ki, yaponiyalı yazıçı Haruki Murakami liderliyini qoruya bilməyib.

O, 7 əmsalla ikinci yerdədir.

Keniyalı yazıçı Nquqi va Tionqo isə ona verilmiş 6 əmsalla siyahının lideri olub.

Suriyalı şair Adonis 7.00 əmsalla 3-cü pilləyə düşüb.

Amerikalı postmodernist yazıçı Don Delilo 11 əmsalla dördüncü yerə yüksəlib.

Norveç yazıçı Con Fosse və amerikalı yazıçı Filip Rot isə hər biri 13 əmsalla 5-ci və 6-cı yerləri bölüşürlər.

Cənubi Koreyalı şair Ko Un 15 əmsalla 7-ci yerdə qərarlaşıb.

Amerikalı yazıçı Coys Kerol Oats, albaniyalı yazıçı İsmail Kadare və argentinalı yazıçı Sesar Ayra 21 əmsalla müvafiq olaraq 8,9 və 10-cu sırada yer alıblar.

Çex Milan Kundera, israilli Amos Oz  və britaniyalı Salman Rüşdi onluqdan kənarda qalıblar.

İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatı keçən il Belarus yazıçı Svetlana Aleksieviçə verilib.

Mükafatın builki qalibi bu gün Bakı vaxtilə saat 15:00-da açıqlanacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR