Logo

Afaqın xəstəliyi bilindi - Təcili əməliyyat olundu

Afaqın xəstəliyi bilindi - Təcili əməliyyat olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Səhhəti ilə bağlı efirdən uzaqlaşan aparıcı Afaq Gəncəlinin xəstəliyi bəlli olub.

Sfera.az xəbər verir ki, onun zobdan (Qalxanabənzər vəzinin həcminin böyüməsi - red.) əziyyət çəkdiyi öyrənilib.

Bu barədə "Səhərin səsi" verilişinin aparıcısı Samir Bayramlı proqramda deyib.

"Afaqla danışmışam. Zob xəstəliyindən əməliyyat keçirib. Bir ay ona çox danışmaq olmaz. Sentyabrdan yenə də işlərinin başına qayıdacaq", - deyə, Samir qeyd edib.

Xatırladaq ki, bir müddət öncə A. Gəncəli açıqlama verərək səhhəti ilə bağlı "Səhər mərkəzi" verilişindən uzaqlaşdığını söyləmişdi. Onun yerinə isə efirə layihənin redaktoru Aysel Novruzova gəlib. (Olay)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR