Logo

Elza təxirə saldığı konsertindən danışdı

Elza təxirə saldığı konsertindən danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əməkdar artist Elza Seyidcahanın 28 mart tarixində solo konserti baş tutacaq.

Sfera.az xəbər verir ki, “Mahnılar və şeirlər” adlı solo konsertin fevralın 28-də keçirilməsi planlaşdırılırsa da, tədbir təxirə salınıb.

Məsələ ilə bağlı təəssüratlarını öyrənmək üçün əməkdaşımız bəstəkar, müğənni Elza Seyidcahan ilə danışıb.

Müğənni solo konsertini Türkiyədə baş verən zəlzələ səbəbindən təxirə saldığını söyləyib:

“Qardaş Türkiyədə baş verən zəlzələyə görə fevralın 28-nə planlaşdırılan konserti bir aylıq təxirə saldım. O vəziyyətdə konsert verə bilməzdim. İndi sayılı günlər qalıb. Məşq edirik. Sevənlərimizin qarşısına maraqlı performansla çıxacağıq”. (Oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR