"Oskar" mərasimlərinin yaddaqalan hadisələri: Şillə, intim çıxış, səhnədən yıxılan aktrisa...

Xəbər verdiyimiz kimi,  Amerikanın Kino Sənəti Akademiyası “Oskar”ın yeni qaliblərini açıqlayıb. Təntənəli mərasim 95-ci dəfə keçirilib və təxminən üç saat davam edib. Qaliblər 23 nominasiya üzrə müəyyən edilib.  

 

Sfera.az-ın məlumatına görə, tarix boyu mərasim zamanı qalmaqallı, müxtəlif maraqlı hadisələr hər zaman yaşanıb. Beləliklə, “Oskar”da yaddaqalan hadisələri təqdim edirik:

 

Komediya ustası Uill Smitin şilləsi - “Oskar” mərasimi zamanı səhnədə olan aktyor Kris Rok komediya ustası Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib (Cada Pinkett-Smit xəstəliklə əlaqədar saçlarını itirib). Buna reaksiya verən Uill Smit səhnəyə qalxıb və Rokun üzünə şillə vurub. Bir neçə dəqiqə sonra isə Smit “ən yaxşı aktyor” mükafatını qazanıb və  çıxışı zamanı göz yaşlarına boğulub. O, həmçinin davranışına görə Akademiyadan üzr istəyib.

 

Yalnış zərf  - 2017-ci ildə Los-Anceles şəhərində 89-cu Oskar Mükafatı təqdimetmə mərasimində "İlin ən yaxşı filmi"ni elan etmək üçün səhnəyə iki aktyor Warren Beatty və aktrisa Faye Dunaway dəvət olunub. Warren Beatty'yə səhv zərf verildiyi üçün o zərfdə yazılanı oxumazdan əvvəl bir az tərəddüd edib, zərfdə ən yaxşı qadın aktrisa "La La Land" filmindən Emma Stone yazılmışdı. Ancaq Faye Dunaway bunun həm də "Ən yaxşı film" nominasiyasında seçilən filmin "La La Land" olduğunu düşünərək beləcə də elan etmişdi. Filimin yaradıcı heyəti minnətdarlıq çıxışını etmək üçün səhnəyə gələndən az sonra "Ən yaxşı film" nominasiyasında seçilən filmin əslində "Moonlight" olduğu aydınlaşıb.

 

Daniel Kaluuyanın şoka salan nitqi  – “Ən yaxşı köməkçi aktyor” mükafatı alan aktyor çıxışı zamanı Allaha, ailəsinə, dostlarına və komandasına təşəkkür edib, eyni zamanda həyat sevgisindən danışıb: “Nəfəs alırıq, yeriyirik, bu inanılmazdır! Anam, atam seks edir. Bu, heyrətamizdir, mən buradayam! Sağ olduğum üçün çox xoşbəxtəm”. Ardınca kameralar Kaluuyanın mərasimdə iştirak edən ailəsinə çevrilib. Aktyorun dediklərindən şoka düşən anası "O nə danışır?", deyə təəccübünü gizlədə bilməyib.

 

Cennifer Lourensin ardıcıl yıxılması - Aktrisa 2013-cü ildə “Silver Linings Playbook” filmindəki performansına görə verilən “Ən Yaxşı Aktrisa” mükafatını almaq üçün səhnəyə çıxarkən “Dior” paltarına ilişərək yıxılıb. Lakin bu hadisə növbəti il yenidən təkrarlanıb.

 

Enn Hetueyin utancı -  2013-cü ildə aktrisanın arzusu gerçəkləşdi – o, “Les Misérables” filminə görə “Oskar” qazandı. Amma bunu heç kim xatırlamır, çünki həmin zaman geyindiyi solğun çəhrayı paltarı daha çox müzakirə obyekti oldu. Paltar internetdə ciddi sensasiyaya səbəb oldu. Hətta “The Huffington Post” öz veb-saytının bütün hissəsini ona həsr etdi. Aktrisa geyimlə bağlı rəsmi açıqlama da verərək bunun son dəqiqə seçimi olduğunu dedi.  O, geyimini həyatının ən utanc verici anı kimi qiymətləndirdi.

 

Türkan


OXŞAR XƏBƏRLƏR