\"Kurtlar Vadisi Pusu\" sevənlərinə pis xəbər:\"Daha çəkilməyəcək\"

\
2003-cü ilin 15 yanvarında "Bu, bir mafiya serialıdır" sloqanı ilə başlayan "Kurtlar Vadisi" tarixə qovuşub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Kurtlar Vadisi Pusu" adyla davam edən layihə bu mövsüm hələ də ekranlara qayıtmayıb. "Söylemezsem olmaz" proqramının aparıcısı Ömür Varol isə serial haqda "Dəqiq məlumatdır, "Kurtlar Vadisi" bu mövsümdən etibarən artıq olmayacaq" deyib.

Proqramın dünən yayımlanan buraxılışında serialın bir səhnəsində qəbir daşının üzərinə "Erdoğan"yazılması müzakirə edilmiş, əslində orada belə bir məzarın olmadığı deyilmişdi. Bunu Türkiyə prezidentinə qarşı təhqir kimi qiymətləndirən müğənni Nihat Doğan efirdən Necati Şaşmaza səslənmişdi.

Ö.Varol bugünkü buraxılışda serialın artıq çəkilməyəcəyini belə izah edib:

"Bundan sonra "Kurtlar Vadisi Pusu" olmayacaq. Adı hətta dəyişdirilsə də, yenə də yayımlana bilməz. Bunu ilk dəfə açıqlayırıq. Bu qərarda məzar səhnəsinin böyük rolunun olduğunu da vurğulayaq".

OXŞAR XƏBƏRLƏR

İcra başçısının oğlunun Tiktok paylaşımları müzakirə yaratdı - VİDEO

Ərzurum merinin oğlunun paylaşımı müzakirələrə səbəb olub.   Sfera.az Milli.Az-a istinadla xəbər verir ki, Ərzurum meri Mustafa Çiftçinin oğlu T...

Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qr...

Prezident Ağdamın Kəngərli kəndinin açılışında iştirak edib - FOTO - YENİLƏNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

Temperatur 4-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.   Sfera.az xəbər v...

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...