Cərimələri ödəməyən müğənnidən məhkəməyə şikayət olundu

Cərimələri ödəməyən müğənnidən məhkəməyə şikayət olundu

Müğənni Xəyyam Nisanovdan məhkəməyə şikayət olunub.

 

Sfera.az lent.az-a istinadla xəbər verir ki, müğənni yol hərəkəti qaydalarını pozduğu üçün təyin olunan cərimələri vaxtında ödəməyib. Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsilə protokol tərtib olunub.

 

Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, bu maddə ilə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.


OXŞAR XƏBƏRLƏR

Rusiyada 45 dəqiqə ərzində ardıcıl beş zəlzələ oldu

  Rusiyanın Kamçatka vilayətində 45 dəqiqə ərzində ardıcıl beş zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Aka...

Azərbaycan mətbuatı həqiqətin, dövlətçiliyin və milli kimliyin keşiyində dayanır

Azərbaycan Milli Mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzetinin ilk sayı ilə qoyulub...

Hakan Fidanla Araqçi nə danışıb?

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Arqaçi ilə danışıb.   Sfera.az xəbər verir ki, bu haqda “TRT haber&...

Putin Kurska bu generalı rəis göndərdi

Polis general-mayoru Yevgeni Pankov Kursk vilayəti üzrə Rusiya Mühafizə İdarəsinin rəisi təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə qube...

Vaqif Əsədov Milli Mətbuat günü münasibətilə bütün media əməkdaşlarını təbrik etdi

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin təməlini qoyduğu "Əkinçi" qəzetinin nəşrindən bu gün 150 il ötür. Bu əlamətdar və tarixi gündə bütü...

Moskvadan Gəncəyə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir

Rusiyanın paytaxtı Moskva şəhərindən Azərbaycanın Gəncə şəhərinə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir.   Sfera.az məlumatına görə, Vnuk...