Logo

60 yaşlı Seda Sayan 36 yaşlı ərindən boşanır - FOTO

60 yaşlı Seda Sayan 36 yaşlı ərindən boşanır - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur müğənni Seda Sayan boşanır.

Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı sənətçi 36 yaşlı musiqiçi əri Çağlar Öktenlə həyat yollarını ayırmaq qərarına gəlib.

Uzun müddətdir sosial şəbəkə hesablarında bir-biriləri ilə bağlı paylaşım etməyən cütlüyün dalaşdığı deyilir.Bununla bağlı hər iki tərəf hələ ki, heç bir açıqlama verməyib.

Xatırladaq ki, ötən ilin aprelində Seda ilə evlənən musiqiçi Çağlar Ökten onun 7-ci əridir.

Müğənni 1990-cı ildə Sinan Enginlə ailə həyatı qurub və həmin ildə Oğulcan adlı oğlu dünyaya gəlib. Lakin məşhur sənətçi keçmiş futbolçu ilə 1995-ci ildə boşanmaq qərarı alıb. Seda Sayan sonuncu dəfə yəni Çağlar Öktendən əvvəl isə, 2008-ci ildə Onur Şanla evlənib. Onlar 2010-cu ildə boşanıblar.(baku.vs)

60 yaşlı Seda Sayan 36 yaşlı ərindən boşanır - FOTO60 yaşlı Seda Sayan 36 yaşlı ərindən boşanır - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR