Məşhur aktyor ikinci dəfə evləndi – FOTO

Maqazin
22:59 / 06.03.2023
20783
Türkiyəli məşhur aktyor Mehmet Ali Nuroğlu evlənib.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, Behzat Ç. serialında Yücel obrazını canlandıran aktyor bir müddətdir birlikdə olduğu Berrin Ağırbaşla nikah masasına əyləşib.
İllər əvvəl rol aldığı “Çemberimdə Gül Oya və “Sen anlat Karadeniz” kimi seriallarla adını geniş tamaşaçı kütləsinə eşitdirən Mehmet Ali Nuroğlu səssiz-sədasız, sadə mərasimlə evlənməyi seçib.
Nuroğlu toya gələn dostlarının yayımladığı fotonu "Toy günü" qeydi ilə paylaşıb.
Qeyd edək ki, 2011-ci ildə Çiçək Nuroğlu ilə ailə quran 43 yaşlı aktyorun nə vaxt boşandığı isə məlum deyil.
Lalə
Sfera.az