Logo

Günel hadisənin necə baş verdiyini açıqladı

Günel hadisənin necə baş verdiyini açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, müğənni Günel Zeynalovanın qaşına 7 tikiş qoyulub.

Sfera.az xəbər verir ki, ifaçı hadisənin necə baş verdiyini açıqlayıb. O, üstünə dolab rəfinin düşdüyünü və bu səbəbdən qaşına tikiş qoyulmalı olduğunu bildirib.

"2 gün öncə evdə dolabı səliqəyə salarkən özümü supermen zənn edib onu çəkdim. Çəkməyinə çəkdim, amma üstdəki rəfin fərqinə varmadım. Heç nə olmayacaqmış kimi onun düşüşnü izlədim. Qaşıma dəydi. Gözümü açanda xəstəxanada idim. 7 dikiş vuruldu. Allahın sevdiyi bəndəsiyəm ki, gözümə dəymədi. Çox şükür, yaxşıyam: qaşımdakı şiş və gözümdəki göyərmə xaricində. Bir neçə gün sonra tikişlər açılcaq, İnşallah iz qalmaz" deyə, Günel qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR