“Time” ilin qadınlarını seçdi – FOTOLAR

“Time” ilin qadınlarını seçdi – FOTOLAR

"Time" jurnalı 2023-cü ilə damğa vuran qadınların siyahısını hazırlayıb. 

 

Sfera.az xəbər verir ki, siyahıda aktrisa Keyt Blanşett, yazıçı Angela Bassett, müğənni Phoebe Bridgers, aktrisa Quinta Brunson, futbolçu Meqan Rapinoe, boksçu Ramla Əli, fəal Ayişə Siddiqa, iranlı jurnalist Masih Alinejad, aktivist Olena Şevçenko, “Suntory Beverages” şirkətinin baş direktoru Makiko Ono, reproduktiv hüquq müdafiəçisi Veronika Kruz Sançes və Braziliyanın Gender Bərabərliyi naziri Anielle Franko yer alıb. 


Jurnal ilin qadınlarını təbrik etmək üçün martın 8-də Los-Ancelesdə “İlin qadınları vaxtı” adlı tədbir keçirəcək. 

 

“Time”ın baş direktoru Cessica Sibley deyib: "Missiyamız dünyanı daha yaxşı bir yerə çevirən insanlara və ideyalara işıq saçmaqdır. 2023-cü ilin qadınları hamımızı daha bərabər bir dünyaya doğru aparacaq və iqlim aktivliyi, insan hüquqları, sosial ədalət və daha bir çox məsələ üzrə səyləri, öhdəlikləri ilə real dəyişikliyə təsir göstərəcəklər”.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR