Saxta brilyant, 40 manatlıq ətək... - Keyt Middlton ucuz geyimləri necə bahalı göstərir? - FOTOLAR

Saxta brilyant, 40 manatlıq ətək... - Keyt Middlton ucuz geyimləri necə bahalı göstərir? - FOTOLAR

Uels şahzadəsi Keyt Middlton tez-tez "Zara" brendindən seçdiyi geyimləri ilə görüntülənir. Ancaq maraqlıdır ki, şahzadə həmin geyimləri olduqca bahalı göstərməyi bacarır. 

 

Sfera.az Keyt Middltonun ucuz geyimləri bahalı göstərmək üçün istifadə etdiyi texnikaları təqdim edir:

 

Keytin “Zara”dan etdiyi seçimlər sanki onun üçün xüsusi hazırlanmış kimi üstünə tam oturur. Çoxumuzun qarderobunda “Zara”dan nəsə var. Dünyanın ən böyük moda pərakəndə satıcılarından biri olduğu üçün, bundan qaçınmaq mümkün deyil: hətta sürətli modadan imtina edənlər də xeyriyyə mağazası və ya eBay vasitəsilə “Zara” məhsulunu ikinci əl əldə etmiş ola bilərlər.

 

40 manatlıq ətək

 


Uels şahzadəsi də fərqli deyil. Sifarişlə əldə edilən “Catherine Walker” paltoları, “Alessandra Rich” donları və “Roland Mouret” imzalı geyimlərlə dolu bir qarderobu olmasına baxmayaraq, hətta Keyt də boş vaxtı olanda “Zara”ya göz gəzdirməyə bilmir. Əvvəllər o, “King's Road”dakı filialda geyimlərə nəzər salarkən görünüb. Lakin indi onlayn alış-verişə və ya Windsordakı mağazaya baş çəkməyə üstünlük verir. 


Şahzadənin son tapıntısı hamının diqqətini çəkdi - 2020-ci il istehsalı olan midi ətək. Həmin ətəyi “Zara”nın veb-saytında “əvvəllər sevilən” bölməsində tapmaq olar, 20 funt sterlinqə (40 manat) satılır. Ola bilsin ki, bu, onun köhnə sevimlisidir; bəlkə də doğru fürsət yaranana qədər onu “qış yuxusunda” saxlayıb. Görünür, həmin ətəyi geyinmək üçün ən doğru zaman Uelsin Port Talbot şəhərindəki fitness mərkəzində, Müqəddəs David Günü münasibətilə keçirilən tədbir idi.  Bəlkə də həmin gün həyat yoldaşını idman velosipedi yarışında udmasında geyiminin də xüsusi rolu varmış.

 

Stilist toxunuşu

 

Ketrin və onun uzun illərdir stilisti olan Nataşa Arçer başa düşür ki, hər tərəfdən fotoşəkil çəkiləcək. Buna görə də onlar geyimi ucuz göstərən boş ipləri kəsmək, büzülmüş tikişləri düzəltmək və uyğunluğun mükəmməl olmasını təmin etmək üçün çox güman ki, dərzi ilə işləyirlər. 

 

Daha bir hiylə: bahalı ilə ucuzu qarışdır

 

Ketrin ətəyini “Alexander McQueen” palto, “Gianvito Rossi” çəkmələri və “Mulberry Amberley” çantası ilə kombinləyib. Onların kontekstində “Zara” ətək daha dəbdəbəli görünür.

 

Saxta brilyant və mirvari sırğalar


Keytin əlçatan qiymətə satılan aksessuarı da var. “Heavenly London” tərəfindən istehsal olunan 90 funt-sterlinq dəyərindəki saxta brilyant və mirvari sırğaları şahzadə on ildən artıqdır ki, istifadə edir. 


Keyfiyyətli və uzunömürlü 


Çoxları Keytin belə ucuz qiymətə satılan geyim və aksessuarlardan istifadə etdiyinin fərqinə vara bilmir. Çünki şahzadə qarderobuna ancaq uzunömürlü parçalar əlavə edir. Seçdiyi ətəyin parçası çox keyfiyyətli görünür, bu, indi və ya 10 ildən sonra geyinə biləcəyi bir şeydir. 

 

Ən uzun solo Qütb ekspedisiyasına görə dünya rekordunu qıran kapitan Preet Çandi ilə ötən həftə görüşən Keyt Midlletonun seçimi yenə “Zara”dan olub, bu dəfə krem rəngində tüvit pencəyi ilə diqqət çəkib.
 


Şahzadənin digər brendlərə də yanaşması oxşardır. O, “Zara”nın “dəbdəbəli bacısı” “Massimo Dutti”dən bir neçə geyimə - yaşıl kostyum, şalvar və s.-ə sahibdir. “Hobbs” paltosunu çox sevir. Bu ayın əvvəlində 369 funt sterlinqlik "Celeste" stili ilə görüntülənib. O, həmçinin “Reiss”, “Jigsaw” və “Sezane”də tez-tez görünür.

Əlbəttə, hamımızın “Zara” geyimlərimizlə qarışdırmaq üçün “McQueen” paltomuz yoxdur, amma dərzidən kömək almağımıza heç nə mane ola bilməz. Stilistə gəlincə, etibarlı rəfiqə onu əvəz edə bilər  və bu, ən azından pulsuzdur.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...